***

Heyvanı bir göz qırpımında müşahidə edə bildik, hər ikisi də burulan tüstünün içində görsənməz oldular. Karet alovdan yanan dirəyi xatırladırdı, Yoşihide isə, sanki, dirəyin qarşısında daşa dönmüşdü. O, kənardakı hər şeyi unudaraq alovun qarşısında qollarını çarpazlaşdırıb görüntünü izləyirdi. Adama elə gəlirdi ki, yanan adam onun qızı deyil, başqası idi. Alovun gözəlliyi və yanan qadının dərisindən gələn qoxu onu özündən almışdı. Bu anda Yoşihidenin simasında çox qəribə, insana xas olmayan cizgilər yaranmışdı. Hətta səmada uçan gecə quşları belə bu mənzərəni bir anlıq izləyə bildilər. Hər kəs Yoşihideyə yenicə baş qaldırmış budda kimi baxırdı. Nədənsə hamının üz ifadəsində bir şadyanalıq yaramışdı. Bircə əlahəzrətin sifəti bəyazlaşmış, güclə nəfəs alaraq ağzı köpüklənmiş və ayaqlarını qucaqlayaraq özünə qapılmışdı.