Yaponiyada itlər Coumon dövründən etibarən tanınmış və insanlar tərəfindən sevilmişdir. Coumon dövrü bundan 12000 il əvvəl başlayıb, 2400 il əvvələ qədər davam etdiyi düşünülür. Coumon dövründə istifadə olunan şeylər, həmçinin yemək qalıqları, heyvan sümükləri və s. torpağın içindəki çuxurlarda qalmışdır. Həmin qalıntılardan it sümükləri də tapılmışdır.

Coumon dövründə olan itlərin eyni növ olub-olmadığı məlum deyil amma Yaponiyada Akita, Hokkaido, Kyuuşyuu, Şikoku, Kai, Şiba və s. kimi cins itlər insanlar tərəfindən sevilirdilər. İtlərin cinsləri aid olduqları ərazilərin adları ilə adlandırılırdı. Məsələn, Akita prefekturasında olan itlərə (秋田犬 – Akita İnu – Akita iti) “Akita İnu” deyilir. Həmçinin (秋田県 – Akita Ken – Akita prefekturası) “Akita Ken” kimi də adlandırılır.

İtlər uzun müddət insanlar tərəfindən sevildiyinə görə əfsanələrdə, atalar sözlərində istifadə olunublar. Bunlara aşağıdakıları misal göstərmək olar:

犬が西向きゃ尾は東 (İnu qa nişimukya o va hiqaşi) ー İtin üzü və quyruğu (arxası) əks tərəfdədir. Yəni it üzü qərb istiqamətinə baxsa, quyruğu şərq istiqamətinə baxar. “Təəccüblənməli bir şey yoxdur” demək istədikdə və ya əmin olunan bir şeyi deyəndə istifadə olunur.

犬と猿 (İnu to Saru)ー İt və meymun tez-tez dalaşan pis münasibətli heyvanlar kimi bilinir. Ona görə də bu ifadə “pis münasibət”i vurğulamaq üçün istifadə olunur. Buna həmçinin 犬猿の仲 (Kenen no naka) yəni “İt-meymun münasibəti” də deyilir. 猿 “Saru” meymun deməkdir.

犬は人に付き、猫は家に付く(İnu va hito ni tsuki, neko va ie ni tsuku)ー İt və ya pişik saxlayan insanlar köçdükləri zaman, itlər insanla evdən çıxır amma pişik evdə qalır kimi məna verir. Bu, it və pişiklərin xarakterinin fərqliliyini göstərmək üçün istifadə edilən atalar sözüdür. Həyatda baş verən situasiyalara da şamil edilir.

犬は三日かえば三年恩を忘れぬ (İnu va mikka kaeba sannenon o vasurenu) ー İtlər insanlara çox bağlanır və üç gün keçsə də qiymət verdiyi şeyi unutmur. Bundan, it də qiymət verdiyi şeyi unutmadığına görə, insanlar da qiymət verdiyi şeylərə qarşı minnətdarlıq hissini unutmamalıdır kimi anlayış ortaya çıxır.

犬も歩けば俸にあたる (İnu mo arukeba bou ni ataru)ー Bu atalar sözünün iki mənası var. Birincisi, nəsə etməyə çalışarkən, gözlənilməz yaxşı bir şeylə qarşılaşmaq deməkdir. İkincisi isə nəsə etməyə çalışarkən, gözlənilməz pis bir şeylə qarşılaşmaq deməkdir. Tamamilə zidd olan iki məna var. Bu atalar sözünü hansı mənada istifadə etmək və ya edildiyini anlamaq isə situasiyadan asılıdır.

Yaponiyada itlərlə bağlı atalar sözləri, deyimlər çoxdur. Bu, onların itləri nə qədər çox sevməyi ilə bağlıdır.

İmanlı İsmayıl©yapon.az2024