Keçmişdə Yaponiyada 忍者 “Ninca” adlandırılan insanlar var idi. Nincalar düşmən ölkəsini, düşmənin olduğu yerin vəziyyətini və sirrlərini düşmənlərinə görünmədən araşdıran insanlar idi.

Kanci ilə “忍者” (ninca) kimi yazılır.「忍」(nin) “tapılmamaq”,「者」(ca) isə “insan” deməkdir. Nincalar rəqiblərinin vəziyyətini araşdırmaq və onlarla döyüşmək üçün müxtəlif üsullardan istifadə edirdilər. Bu üsullara「忍術」“nincitsu” deyilirdi. “術” (cutsu) “texnika, fənd” deməkdir. Nincutsu isə “görünməz fənd” deməkdir.

Nincalar Yaponiyada samurayların (武士) mövcud olduğu dövrdə aktiv olsalar da, müasir dövrdə “Ninca” adlandırılmağa başlayıblar. O vaxta qədər onlara 忍びの者 “Şinobi no Mono” və ya 忍び ”Şinobi” deyirdilər.

Təkcə kişilər deyil, qadınlar da ninca ola bilirdi. Qadın nincalara həmçinin くのいち “kunoiçi” də deyilirdi. Bunun səbəbi, 「女」“onna” kancisinin hiraqana və katakana əlifbası ilə birlikdə「く」ku,「ノ」no, 「一」içi şəklində bölünərək oxuna bilməsi idi.

Hal-hazırda nincaların nəslindən olduqlarını söyləyən şəxslər də var. Nincaların müxtəlif qrupları var idi. Bunlar içərisində xüsusən də Koqaryuİqaryu adlı ninca qrupları məşhurdur.
Koqa indiki Şiqa prefekturasının Koka şəhəridir, İqa isə Mie prefekturasının İqa şəhəridir. Lakin onlar bir-birinin yanında yerləşirlər. Burada ninca nəslindən olan və nincalarla bağlı araşdırma aparan insanlar çoxdur. Hər iki prefekturada nincaları tanıdan muzeylər var.

Nincalar çox vaxt gecələr aktiv olurdular. Buna görə də içəri girmələri asan olan qara paltarlar geyinib, üzlərini qara parça ilə örtürdülər. İnsanlar onların ninca olduğunu bilməsinlər deyə, xarici görünüşlərini və paltarını dəyişməli olurdular.

Nincaların istifadə etdiyi 忍術 ”Nincutsu” daxil olduqları qrupdan asılı olaraq fərqlənirdi. Onların arasında (木遁) Mokuton, (火遁) Katon, (土遁) Doton, (金遁) Kinton və (水遁) Suiton texnikaları məşhur idi.「遁」”ton” gizlənmək deməkdir. “Mokuton” gizlənmək üçün ağacdan istifadə edilən texnikaya aiddir. ”Katon” odda gizlənmək, ”Doton” torpaqda gizlənmək, “Kinton” metaldan istifadə edərək gizlənmək, səs-küy yaradan metal əşyaları döyərkən və ya ətrafa pul atarkən gizlənmək texnikasıdır. ”Mizuton” isə suda gizlənmə texnikasıdır. Onların hamısı düzgün öyrədilmədikcə təhlükə vəziyyətində dərhal istifadə edilə bilinməyən texnikalardır.

Ən məşhur ninca silahlarından biri 手裏剣 “şuriken”dir. “Şuriken”i təkcə nincalar deyil, həm də samuraylar istifadə edirdi. “Şuri” (手裏) əlin içi deməkdir. Şuriken əldə saxlanılan və uzaqdan düşmənlərə atılan silahdır. Bəziləri kiçik qılınclara bənzəyir, lakin nincaların istifadə etdiyi məşhur şuriken 十 (cyuu) “on” kancisi formasındadır.

Bəs siz nincalar haqqında nə bilirsiniz?

Telman Rəşidov©yapon.az2024