Onmyouci (yaponca: 陰陽師, hərfi mənada: “Yin Yanq ustası” deməkdir) qədim Yaponiyada Ritsuryou sistemi nəzdindəki Mərkəzi Nazirliyin “Onmyouca” Bürosuna aid olan rəsmi vəzifələrdən biri idi. Yin Yanq ustası Yin Yanq fəlsəfəsinin beş fazası nəzəriyyəsinə əsaslanan falçılıq və geomorfologiyadan məsul şəxs idi. Orta əsrlərdə və erkən müasir dövrdə bu termin özəl sektorda Tanrıya ibadət edən və falçılıq edənlərə aid edilirdi, onlardan bəziləri bir növ ruhani hesab olunurdu.

Onmyoudou (陰陽道, həmçinin İnyoudou, mənası: “Yin və Yanqın Yolu”) Çinin yin yanq fəlsəfəsinə əsaslanaraq Yaponiyada müstəqil şəkildə inkişaf edən təbiət elmləri, astronomiya, almanax, falçılıq və sehr elmi idi və vuşinqdən (beş element) ibarət idi. Yin, yanqvuşinq fəlsəfəsi VI əsrin əvvəllərində Yaponiyaya tanıdıldı və taoizm, buddizm və konfutsiçilikdən təsirlənərək, Onmyodonun ən erkən sisteminə çevrildi. VII əsrin sonu, 701-ci ildə Taiho Məcəlləsi İmperator Məhkəməsində onmyoudou ilə məşğul olan onmyoucilərin şöbə və postları təsis etdirildi. Beləliklə də Onmyoudou institutlaşdırıldı. Təxminən IX əsrdən etibarən Heian dövründə Onmyoudou ŞintoQoryo ibadətləri ilə qarşılıqlı əlaqədə olaraq Yaponiyaya xas bir sistemə çevrildi.

Heian dövründə fəal olan Abe no Seimei yapon tarixində ən məşhur onmyoucidir (Onmyoudou ilə məşğul olan şəxs) və onun haqqında yapon ədəbiyyatında müxtəlif versiyalar mövcuddur. Onmyoudou XIX əsrin ortalarına qədər imperator hökumətinin, daha sonra isə saray əyanları olan Tsuçimikado ailəsinin nəzarəti altında idi və bu zaman mövhumat kimi qəbul edilərək qadağan olunmuşdur.

Xəyalə Əlizadə ©yapon.az2024