Yaponiya

Yaponiya haqqında qısa məlumat

Yaponiya arxipelaqına 3 minə qədər böyük və xırda adalar daxildir. Bunlardan ən böyükləri Honsyu, Hokkaido, Kyuşyu və Şikoku adalarıdır. Hazırda Yaponiyada əhalinin mayı 130 mln-a yaxındır.

Şərqi və Mərkəzi Asiya ölkələri içərisində Yaponiya şəhər əhalisinin sıxlığına görə birinci yerdə durur. Əhalinin 80%-i şəhərlərdə yaşayır. Yaponiya monoetnik ölkədir. Yəni onun əhalisinin 99 %-ni yaponlar təşkil edir. Yaponiyanın yerli əhalisi aynular hesab olunurlar. 20 min nəfərdirlər. Bundan başqa, Yaponiyada 700 min koreyalı, 80 min çinli, 23 min amerikalı, 6 min filippinli, 5 min ingilis, 2 min hindli və 2 min nəfər kanadalı yaşayır.

Yaponiya adalarının ilkin məskunlaşması cənub-şərqi Asiyadan başlayıb. Bu miqrasiya e.ə. VIII-VII minilliklərdə baş verib. Onlar əvvəlcə Ryukku adalarına gəlmiş, sonralar isə şimal adalarına keçmişlər. Belə hesab edirlir ki, aynuların əcdadları bu gəlmələrlə şimaldan gəlmiş avstroloid antropoloji tipinə malik olan paleoasiyalarla birləşmə əsasında təşəkkül tapmışlar. E.ə. II minillikdə Kyusyu, Sikoku və Honsyu adalarına cənub-şərqi Asiyadan ikiinci miqrasiya dalğası olmuşdur. E.ə. I minilliyin əvvəllərində yapon adalarının ən qədim etnik qatını aynular təşkil edirlər. Hokkaidoda onlarla yanaşı az miqdarda paleoasiyalılar da yaşayırlar. IV əsrdə mərkəzi və cənubi Yaponiyada ilk yamato çarlığı təşəkkül tapmışdır. VI-VII əsrlərdə formalaşmaqda olan yapon xalqının tərkibinə Koreya və Çindən gəlmiş çoxlu miqrantlar daxil olmuşdur. VIII əsrdə avstroneziya tayfaları tamam assimilyasiya olunduqdan sonra yaponların formalaşması prosesi artıq başa çatmış oldu. Ryukyu adasının sakinləri -1 mln. – hazırda yaponların xüsusi etnoqrafik qrupu kimi bəzi xüsusiyyətlərini bu günə qədər də saxlamışlar. Yaponiyada 3 mln-a yaxın olan keçmiş dini kastanın qalıqları kimi – burakuminlər də yaşayırlar. Onlar ayrıseçkiliyə məruz qalır və yalnız öz icmaları daxlində evlənmək hüququna malikdirlər. Onlar ölkənin cənub-qərbində onlar üçün xüsusi ayrılmış məntəqələrdə məskunlaşmışlar.

Hazırda aynular əsasən Hokkaido adalarında yaşayırlar. Daima yaponlar tərəfindən ölkənin mərkəzi rayonlarından sıxışdırılan aynular Hokkaido, Kuril, Kamçatka yarımadası, Saxalin adalarına yayılmışlar. Kuril və Saxalin yarımadasının nəzarəti altına düşdükdən sonra aynular assimilyasiya məruz qalmışlar. Onlar öz dillərini, mədəniyyətlərini itirsələr də antropoloji əlamətlərini saxlayırlar. İlk baxımda onlar yaponlardan kəskin surətdə fərqlənirlər.

Yapon dili təcrid dillər sırasına daxildir. Öz fonetik və leksik xüsusiyyətlərinə görə yapon dili polineziya dillərinə bənzəyir. 3 dialektləri var. V-VI əsrlərdə yaponlar Çin heroqlifləri əsasında yazı nümunələri yaranıb. IX əsrdə isə onlar əlifba tərtib ediblər.

Yaponiya güclü sənaye və aqrar ölkəsidir. Kənd təsərrüfanın əsas sahələrindən biri əkinçilikdir. Yaponiya adalarında ən qədim dövrlərdən biri çəltik təsərrüfatının aparıcı sahəsi olmuşdur. Belə güman edirlir ki, çəltiyin becərilmə üsusunu yaponlar çinlilərdən mənimsəmişlər. Onlar habelə dənli bitkilər: buğd, arpa, kartof, paxla və s. becərirlər. Kənd əhalisinin 40%-dən çoxu ipəkçiliklə məşğul olur. Eramızın ilk əsrlərindən Yaponiyaya ipək qurdu gətirilmiş və nəticədə ölkə iqtisadiyyatında əsas yer tutmuşdur. Yaponiyada maldarlıq zəif inkişaf etmişdir. Yalnız ölkənin şimalında Hokkaido adalarında maldarlıq yayılmışdır. Yaponlar demək olar ki, süd içmirlər. Ölkənin coğrafi mövqeyi baxımından burada dəniz nəqliyyatı yüksək inkişaf etmişdir. Yaponiyada yaşayış evlərinə gəldikdə isə, çox mərtəbəli daş evlərlə yanaşı kəndlərdə çoxlu miqdarda ağac dirəklər üzərində tikilmiş evlərə rast gəlinir. Düyü yaponların əsas qida növüdür. Ətdən az istifadə olunur. İçkilərdən ən çox çay və düyü arağı – sake – geniş yayılmışdır. Şorba xarakterli duru xörəkləri birbaşa piyalədən içir, başqa xörək növlərini isə haşi adlanan 2 ağac çubuq vasitəsilə yeyirlər.

Yaponiya xalq mili geyimlərinin əsasını bu günə qədər məişətdə öz əhəmiyyətini itirməyən uzunətəkli, yaxası açıq xalatlar – kimano təşkil edir. Onu kişilər, həm də qadınlar, uşaqlar geyinirlər. Kimanonun enli qolları var. Yaponlar bellərinə obi adlanan qurşaq bağlayırlar. Varlı adamların kimanosu ipək parçalardan olurdu. İş vaxtı enli ətəkli həsir şlyapalar qoyurdular. Geta adlanan ayaqqabılarının altlığı, hündürlüyü 10 sm. olan ağacdan hazırlanır. Onu ayağa geyərkən, ayaq barmaqları altlığın ön, uc hissəsində quraşdırılan ilgəyə keçirilir. Yaponlar arasında bu günə qədər də tatiurovkaya böyük əhəmiyyət verirlər. Qadınlar kişilərə nisbətən geyimlərə dair mili ənənəni daha çox saxlayırlar.

Qeyd etdiyimiz kimi Yaponiyada 20 min aynu yaşayır. Hazırda onların əksəriyyəti yaponlaşmışlar. Buna baxmayaraq, bəzi etnoqrafik xüsusiyyətlərini qoruyub saxlamışlar. Onların ailə münasibətlərində gözə çarpan cəhət qızların ailə qurma məsələsinin tam sərbəst olmasıdır. Müəyyən yaş həddinə çatmış qızlar ilk dəfə ona nəzər salmış oğlana elçi göndərir. Əgər müsbət cavab alarsa oğlan öz ata evini tərk edir və qızın evinə köçür. Ərə getdikdən sonra qızlar öz nəsli familiyalarını saxlayırlar. Aynular öz uşaqlarına doğulan kimi ad vermirlər. Bu iş 1-10 yaş aralarında böyüməkdə olan uşağın xarakter xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Məsələn: çirkin, ədalət, natiq, pəltək və s. kimi adlar. Aynuların mənəvi mədəniyyətlərində ayıya pərəstiş ayinləri geniş yayılmışdır.

Yaponiyada yayılmış din – sintoizm, buddizm və xristianlıqdır.

© yapon.az 2014
Advertisements