Pepper evdə istifadə üçün nəzərdə tutulan funksional robot deyil. Əksinə, Pepper “insanları xoşbəxt etmək”, onların həyatını yaxşılaşdırmaq, münasibətlərini asanlaşdırmaq, əyləncəli etmək və xarici dünya ilə insanları birləşdirmək məqsədi daşıyır. Pepper robot-humanoid “Aldebaran Robotics” və “SoftBank Mobile”ın birgə məhsuludur. Emosiyaları oxuya bilir. İfadələri və səs siqnallarını oxuyaraq təhlil edir.

İyunun 20-si 2015-ci ildə Pepper adlı robot Yaponiyada ictimaiyyətə satışa çıxarılıb. Robot “emosiyaları oxumaq bacarığı” ilə yaradılıb. 2014-cü il 5 iyun tarixində ilk dəfə təqdim edilib. 6 iyun 2015-ci ildən SoftBank mobil mağazalarında nümayiş olunub. Baza dəyəri 198,000 ¥ (1,931 $) -dir.

Robotun başında 4 mikrofon, 2 HD kamera (ağız və alnında) və 3D sensor (gözlərinin arxasında) yerləşdirilib. Gövdəsində müvazinət çarxı (gyroscope), başında və əllərində toxunma sensorları var. Robotun boyu 1.20 m, çəkisi 28 kq-dır. Saatda 3 km-dən artıq sürətlə hərəkət edə, 1,5 sm qalxa bilir.

Pepperin yaradıcıları ümid edirlər ki, müstəqil gəliştiricilər yeni məzmunlar yaradacaq və Pepper üçün istifadə edəcəklər.

Pepper məktəb, kollec, universitetlərdə insan və robot münasibətlərinin araşdılması baxımından tədqiqat robotu kimi də yararlıdır. Birləşmiş Krallıqda Rapid Electronics Limited vasitəsilə robotun bu məqsədlə istifadəsi mümkündür.

Sevinc Nur © yapon.az 2015