Təhlükəli qidalardan biri sayılan – kirpi balığı

Bəzi insanlar təhlükəli sayılan yeməklərdən qaçırlar. Onlar nə zəhərlənmək, nə də ölmək istəyirlər. Lakin bəzi insanlar risk etməyi sevir. Kirpi balığını dadmaq risk etməyə bərabərdir…

fugu-sashimi-tokyo-tokyodinner-com
Fuqu saşimi. Tokio restoranlarından birində. Mənbə: tokyodinner.com

Əslində “fuqu” (河豚 : ふぐ) zəhərli balıqlardan hazırlanan yemək növüdür. Bu nəfis yemək əsasən takifuqu`dan hazırlanır. Ümumilikdə, həmin balıqların tərkibində ölümcül səviyyədə olan tetradotoksin yeməyin hazırlanması prosesində orqanizmin qəbul edə biləcəyi mümkün dozaya gətirilməlidir (red.).

Yapon dilində “fuqu” adlanan kirpi balığı (takifuqu (河豚)) Sakit okeanda yaşayır. Hər il bir çox insan məhz fuqunu yediklərinə görə, həyatlarını itirir. Faktlara əsaslansaq, Yaponiyada fuquya toxunmaq qadağandır. Niyə? Səbəbi isə çox sadədir. Onun tərkibində olan zəhər 275 dəfə sianid zəhərindən daha güclüdür.

Adətən fuqunun dadına restoranda baxsanız başınıza heç də pis hadisə gəlməyəcək. Çünki peşəkar aşpazlar balığın tərkibində olan zəhəri çıxardıb onu müştəri üçün dadlı yemək halında təqdim edir (mütləq aşpazın lisenziyası olmalıdır). Amma zəhərin 1 faizini belə çıxarmağı unutsalar, yeməyin bəlasını xəstəxanada çəkməli olacaqsınız.

Deyim ki, 1 boşqab fuqu balığının dəyəri ən aşağısı 200 dollardır. “Çirkin” və “iynəli” olan kirpi balığının əti çox dadlıdır. Yəqin ona görə də yaponlar təhlükəli olan balığın ətini yeməyi sevirlər. Görünür, risk etməyi də…

Əgər Yaponiyadasınızsa restoranlara gedib özünüzə bu ziyafəti hədiyyə edə bilərsiniz. Amma unutmayın, “FUQU ZƏHƏRLİ BALIQDIR!”

Başlıqdakı şəkil: impressivemagazine.com
Gülşən Cabbarlı © yapon.az 2015