Sumo – Yaponiyanın milli idman növüdür. Hər il 6 turnir keçirilir, milyonlarla insan televiziya vasitəsilə və ya canlı olaraq bu yarışları izləyir.

Sumo`nun tarixi çox qədimdir. Əfsanlərə, yazılı sənədlərə baxsaq, sumonun tarixi 2000 il əvvələ qədər gedib çıxır. Bu günə kimi gəlib çıxan yazılı faktlara əsasən, demək olar ki,  sumonun tarixi 8-ci əsrdən etibarən başlayıb.

"Sumo güləşçiləri", Utaqava Kuniyoşi/İçiyusai (1797–1861). Şiranui Daemon (mərkəz solda), Tsurugi Taniemon (mərkəz sağda). Hakimlər Şikimori İnosuke (sol), Usta (təqaüdçü) Miyagino (sağ). Vikipediya - elektron ensiklopediya.
“Sumo güləşçiləri”, Utaqava Kuniyoşi/İçiyusai (1797–1861). Şiranui Daemon (mərkəz solda), Tsurugi Taniemon (mərkəz sağda). Hakimlər Şikimori İnosuke (sol), Usta (təqaüdçü) Miyagino (sağ). Vikipediya – elektron ensiklopediya.

Bir çox idman növündə idmançılar arıq olur və sürətlə hərəkət edə bilir. Lakin sumo idman növünün idmançılarının çəkisi 100-dən 160-a kimi dəyişə bilər. Ən məşhur sumo güləşçisinin çəkisi 195 kq-dır. Sumo güləşçiləri sürətlə hərəkət etmir, burada asta hərəkət etmək daha vacibdir.

Sumo güləşçiləri məşqlərə kiçik yaşdan başlayırlar. Onlar çox yeməklə yanaşı, həmçinin, hər gün saatlarca məşq edir. Bədəndə piylə yanaşı əzələlərin də güclü olması lazımdır ki, rəqibi məğlub edə biləsən.

Sumoda döyüş meydançası dohyo adlanır. Döyüş dairəsinin diametri 4,55 metrdir. Halqanın içində baş verən döyüşdə sumo güləşçiləri rəqibini o halqadan kənara çıxarmalıdır. Güləşçinin ayağı içəridə qalıb, bədəni halqadan çıxsa belə o, məğlub sayılır. Sumo güləşçiləri bir-birini itələyərək qalib gəlməyə çalışır.

Bəzən yarışlar zamanı gülməli məqam baş verir: sumo güləşçisi rəqibin üzərinə sürətlə gəldiyi zaman rəqibin kənara çəkilməsini görmək olar. Ona görə də tamaşaçılar yarışı mümkün qədər uzaqdan seyr etməyi üstün tutur.

Sumo digər ölkələrdə o qədər məşhur olmasa da, yaponlar bu idman növünün çox həyəcanlı olduğunu düşünür.

Gülşən Cabbarlı © yapon.az 2015