Deyirlər ki, hər kəs ömründə bir dəfə də olsun Yaponiyada olmalıdır. Aprel ayında Yaponiyada yeni tədris ili başlayır. Qarşıdan isə yay tətili gəlir. Yaponiyaya yolunu tutanlar üçün yeni bələdçimiz hazırdır. Buyurun:

Səbəb 1: İzahlı təlimatlar

English-Japanese-Translations-Tokyo-Metro

Yaponiyada harda olursunuzsa olun, hər yerdə etməli olduğunuzu göstərən və ya sizə köməkçi olacaq təlimatlar var. Yapon dilini bilməyinizə ehtiyac yoxdur, çünki bu təlimatlar şəkillidir və ingilis dilində də vardır.

Səbəb 2: Tarixi şirkətlər

Yaponiyada şirkətlərin yaranma tarixinin çox keçmişə dayanması tarixi və mədəniyyət qoxan yerləri görmək istəyənlər üçün əla fürsətdir. Buna Hoşi Ryokan otelini misal göstərə bilərik. 718-ci ildən fəaliyyət göstərir və 46 nəsil tərəfindən idarə olunub. Dünyanın ən qədim oteli də burdadır.

Səbəb 3: Vəhşi təbiət ilə iç-içə

fox village japan
Zao tülkü kəndi. Pinterest.

Sadə  bir misal: Yaponiyada “Zao Tülkü Kəndi” adlı bölgə var. Bu bölgə, Honşü (Honşyu) adasında yerləşir. Uşaqlardan savayı hər kəs ora gedərək tülkülər ilə vaxt keçirib, onları yemləyə bilər.

Səbəb 4: Sürətli yol təmiri

2014-cü ildə Fukuoka bölgəsində metro üçün aparılan işlər səbəbindən torpaq sürüşməsi yaşandı. Amma yolun təmiri isə cəmi 48 saat aldı. Bəli, cəmi 48 saat. Bütün dünyanı heyrətləndirən bu xəbər, bütün televiziya proqramlarında göstərildi.

Səbəb 5: Düşüncəli işçilər

İş gördükləri zaman ətraf-mühitin çirkənlənməsinə xüsusi diqqət yetirən işçilər, digər insanların mülklərinə ehtiyatlı yanaşırlar. Evinizə usta gəlirsə, düzəldəcəyi yerin çevrəsini çox səliqəli örtür və işini bitirdikdən sonra tökdüyü, özü ilə gətirdiyi hər şeyi ruhunuz incimədən yığışdırır (təcrübə 🙂 ). Buna görə də rahat şəkildə istirahətinizi edə bilərsiniz.

Səbəb 6: Kiçik məkanlarda maksimal dərəcədə rahatlıq

mini house

Yaponlar adətən kiçik evlərdə yaşamağa üstünlük verirlər. Amma rahatlığı da bir kənara qoymurlar. Belə ki, kiçik evlərin eyvanlarında çiçəkləri sulamaq üçün su kranlarını da görə bilərsiniz. Eyvandan evə düşən günəş işığının istilik dərəcəsinə kimi hər şey planlaşdırılıb (xüsusi dizaynla hazırlanan evlərdə).

Səbəb 7: Telefonlarda olan xəbərdarlıq siqnalı

Yaponiya höküməti tərəfindən hazırlanan bu proqram təhlükəli hadisə baş verməzdən öncə xalqı anında məlumatlandıra bilmək üçün yaradılıb. Bu məlumatın ötürülmə vaxtı cəmi 4-20 saniyədir. Qeyd edək ki, bu cihaz siqnalı yapon vətəndaşlarının hər birinin telefonunda var.

Səbəb 8: Dağlar ölkəsi

Yaponiyanın 70 faizi dağlardan ibərətdir. 200-ü isə vulkan dağlarıdır. Necə deyərlər, dağlarda xizək sürərək təbiətin dadını çıxarmaq istəyirsinizsə gedəcəyiniz ölkə bəllidir.

Səbəb 9: Doyunca yeyə biləcəyiniz qidalar

45969

Birincisi, yaponlar it əti yemirlər. Niyəsə, istər öz ölkəmizdə, istərsə də digər ölkələrdə bu yalan məlumata inan insanlar heç də az deyil. Bildirək ki, Yaponiyada it, pişik, tarakan kimi qida məhsullarından istifadə edilmir. Hətta balina əti belə heç də yeyilə biləcək məşhur ət deyil. Yaponlar çox sayda dəniz məhsullarından istifadə edirlər. Bol proteindən ibarət olan dadlı və ləziz yeməklər yeyə bilərsiniz.

Səbəb 10: Dəqiq qatarlar

Yaponiyada qatarlar hər zaman vaxtında stansiyada dayanmış halda olurlar. Qatar əgər ki, 5 dəqiqə geciksə belə sərnişinlərdən bir-bir üzr istənilir, hər sərnişə gecikmə ilə bağlı sənəd verilir. Bu hal o qədər nadir haldır ki, qatarın gecikməsini bütün xəbərlər belə verir.

Gülşən Cabbarlı © yapon.az 2018

Oxşar yazılar:
Yaponiyaya səyahət: əsas qaydalar
Yaponiyaya səyahət 2: elektrik enerjisi – vacib nüanslar
Mikrodalğalı sobadan necə istifadə edim?
İstədiyimiz ərzaqları necə tapaq?