Mikrodalğalı sobadan necə istifadə edim?

Yaponiyada yaşadığınız müddətdə sizə lazım olacaq cihazlardan biri də mikrodalğalı sobadır. Deyə bilərəm ki, Qərb “həmkarlarından” fərqli olaraq, bir çox üstünlükləri olan Yaponiya istehsalı mikrodalğalı sobalar onların “dilini bildiyiniz” müddətdə sizin işinizə yararlı olacaq, əks halda sizə əlavə iş yaradacaqlar. Bunun üçün də çoxlu sayda düymələrin nə işə yaradığını bilsəniz yaxşı olar. Bu işdə sizə köməkçi olmağa çalışacağam.

Öncə deyim ki, burada siz Azərbaycanda görüdüyünüz kimi soba az tapa bilərsiniz. Tapdığınız da çox fərqli olacaq. Ən əsası da ölçüləri və ölçülərə baxmayaraq, artan qiymətləri…

İçində metal sinisi olanlar istisna olmaqla digərilərində ancaq çini qabdan istifadə etməniz məsləhətlidir.

Keçək kanci və kanaya… Mikrodalğalı sobaların düymələrindəki kanci və kananın mənasını bilsəniz istifadə etmək asan olacaq. Buyurun:

  • 電子レンジ (denşirenci) – mikrodalğalı soba
  • 解凍 (kaitō) – defrost/ əritmək
  •  (niku) – ət
  • さしみ (saşimi) – saşimi
  • あたため (atatame) – qızdırmaq/ isitmək
  • オーブンレンジ (obunrenci) – soba/ fırın/ ocaq rejimi
  • レンジ (renci) – soba/ buxarlandırma/ mətbəx sobası/ qaz
  • グリル (quriru) – qril/ qızartma
  • オーブン (0bun) – soba/ “duxovka”
  • 強火 (tsuyobi) – yüksək istilik/ isitmə/ ocaq
  • 中火 (çyūbi) – orta istilik
  • 弱火 (yovabi) – aşağı istilik
  • とろ火 (torobi) – qaynamaq
  • 調理 (çōri) – bişirmək
  • 両面焼き / 両面グリル (ryōmen-yaki/ ryōmen quriru) – bişirmək/ ikitərəfli qızartmaq/ qril
  • トースト / トースター (tōsuto/ tōsutā) – toster/ çörəyi qızartmaq
  • 1枚 / 2枚 (içimai/ nimai) – bir və ya iki mdilim (tost)
  • フライあたため (furai atatame) – qızardılacaq məhsulun istilik dərəsəci
  • お弁当 (o bentō) – bento qutusunu isidərkən istilik dərəcəsi
  • ケーキ (kēki) – keks/ tort
  • のみもの / 飲み物 (nomimono/ nomimono) – içkilər
  • 1杯 / 2杯 (ippai/ nippai) – 1 fincan / 2 fincan (içki)
  • あたためスタート (atatame sutāto) – isitməyə başlamaq
  • 10分 (cyuppun) – 10 dəqiqə
  • 1分 (ippun) – 1 dəqiqə
  • 10秒 (cyubyō) – 10 saniyə
  • とりけし / 取り消し (torikeşi/ torikeşi) – ləğvetmə / ləğv

Unutmayın ki, bişirmək düyməsi olmayan mikrodalğalı soba yalnız yeməyi isitmək üçündür.

Sevinc Nur © yapon.az 2016
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma