Yaponiyaya səyahət 2: elektrik enerjisi – vacib nüanslar

Yaponiyaya səyahət zamanı özümüzlə elektrik cihazları götürməyə dəyərmi?!

Yaponiya getməyə hazırlaşırsınızsa diqqət etməli olduğunuz vacib nüanslardan biri özünüzlə götürdüyünüz elektrik cihazları ilə bağlıdır. Deyim ki, Yaponiyaya (xüsusilə də) gəzintiyə və ya yaşamağa gedirsinizsə onda yüksək voltajlı və adətən çemodanınızda yer tutan saç qurutma cihazı, epilatör və s. bu kimi əşyaları götürmək artıq yük daşımağa bərabərdir. Çünki, burada elektrik cihazlrı 100 Volt gücündə elektrik enerjisi ilə işləyir.

images(1).jpg Qeyd edim ki, bu göstərici ilə Yaponiya Şimali Amerika (120 Volt), Mərkəzi Avropa (230 Volt) və ümumilikdə dünyanın digər ölkələrindən fərqlənir. Yaponiyada elektrik açarlarına qoşulacaq naqillərin başlıqları polarizə edilməmiş iki sancaqdan ibarətdir. Onlar daha çox Şimali Amerikanın ticarət mərkəzlərindəki məhsullarla uyğundur.

36.jpg

Yaponiyaya gətirdiyiniz elektrik cihazları adapter ilə və yaxud onsuz normal işləyəcək. Lakin bir çoxu xüsusilə də, iri voltajlı cihazlar – fen və s. – yaxşı işləməyəcək və yaxud da zədələnəcək. Əgər yenə də nəyi isə Bakıda alıb gətirmək istəyirsinizsə xüsusilə, turistlər üçün nəzərdə tutulan və xaricdə işlədilə biləcək cihazlar almağa çalışın. Çünki Yaponiyada elektrik cihazları daha ucuz olar deyə düşünürsünüzsə yanılırsınız. Burada əsas markalar xüsusilə bahadır. İkinci əl dükanlarında isə, mütləq ucuz mallar tapmaq olar.

Voltajdan başqa əsas problemlərdən biri də odur ki, burada elektrik açarları iki sancaqlı başlıqlar üçün nəzərdə tutulub (şəkillərdəki kimi). Sizin özünüzlə gətirdiyiniz hər bir elektrik cihazı isə, bura üçün standart olmayan enli, iri və s. ölçülərdədir. Buna görə də sizə əlavə bir və ya bir neçə xüsusi başlıq almaq lazım gələcək. Bu qaçılmazdır.

Şərqi Yaponiyada (Tokio, Yokohama, Tohoku, Hokkaido daxil olmaqla) elektrik enerjisinin tezliyi 50 Hs (1 Hers – cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezliyə bərabərdir), Qərbi Yaponiyada (Naqoya, Osaka, Kioto, Hiroşima, Şikoku, Kyuşu daxil olmaqla) isə, bu rəqəm 60 Hs-ə bərabərdir. Bununla belə, cihazların əksəriyyətinin işləyib-işləməməsi bu, tezlik fərqindən asılı deyil. Mümkün istisna kimi zaman cihazlarını – saatları misal göstərmək olar.

Şəkillər: S.N. yapon.az
Sevinc Nur © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma