Hər birimiz uşaq olanda zamanı dəyişməyi xəyal etmişik. Gedib səhvlərimizi düzəltmək, nəyisə dəyişdirmək istəmişik. Lakin olmur gənclər, çalışın səhvlərdən öyrənin. Öyrənənləri dinləyin və gələcəyinizi qurmağı unutmayın.

Zaman heç kimi gözləmir

Biz zamandan keçirik. Zamanımızı boş və faydasız şeylərə xərcləyirik. Sonra nəyəsə gecikdiyimizdən gileylənirik. Vaxtında bizə çox şeyi göstərən, deyən olsa da eşitmirik. Vaxtı itiririk. Hətta o “lazımlı” vaxt anını da. “Vaxtı gəldimi olacaq” dediyimiz zamanı da… O isə dayanmır. Biz yenə ondan keçirik. O bizi gözləmir. Vaxtımızı boşa xərclədiyimizə görə isə o bizə çox amansız davranır.

Sən özünü yaxşı hiss edəndə kimsə əziyyət çəkmir?

Makoto, izlərkən anlayacağınız səbəbdən əldə etdiyi bacarığını əhəmiyyətsiz, kiçik şeyləri dəyişdriməyə sərf edir. Lakin onun etdiyi dəyişikliklər hər dəfəsində həm özünə, həm də digərilərinə kədər verir. Lakin o, bunun fərqinə varmadan qazanılmış məhdud sayda şansını nə istədiyini bilmədən belə dəfələrlə eyni “səhvi” düzəltməyə çalışaraq xərcləyir.

Əgər kimsə geciksə onun “görüşünə gedərsənmi”?

Anime təkcə itirilmiş zaman haqqında deyil. Həm də sevgi haqqındadır. Yanımızda olan və görmədiyimiz, əslində ehtiyacımız olduğunu bilmədiyimiz insanlar barədədir. Zamanla əlaqədə olan taleyimiz, kimdənsə qaçdığımızı düşünərəkdən özümüzdən, hisslərimizdən qaçmağımız, uzaqlaşmağımız, üzləşməkdən qorxduqlarımız barəsindədir. Bəs əslində bizə nə lazım idi? “Dünyada ən yaxşı yerin ev” olduğunu anlamaq üçün vaxt lazımdır. Bəs anlayandaki gecikmişik?! Nəyəsə gecikmək mümkündürmü?

Anime
makoto-konno-the-girl-who-leapt-through-time-32620-1366x768

“Zamanda sıçrayan qız” (時をかける少女 ⌈Toki o Kakeru şōco⌉) “Madhouse” studiyası tərəfindən istehsal olunmuş, rejissoru Mamoru Hosoda, ssenaristi Satoko Okudera olan animedir. Film 2006-cı ildə ekranlaşdırılıb. “Kadokawa Herald Pictures” tərəfindən yayımlanmış anime filmi Yasutaka Tsutsuinin eyniadlı romanından (“Toki wo Kakeru Shojo” by Yasutaka Tsutsui (published from November, 1965 to May, 1966 in Chugaku San nen Kosu) bəhrələnmişdir. Romanda olduğu kimi anime filmi zamanda səyahət etmək gücü əldə etmiş qızdan bəhs edir, lakin romandan fərqli hekayəyə sahibdir.

Anime filminin baş qəhrəmanı Makoto Konnonu Riisa Naka səsləndirib.

Anime Yaponiyada az sayda kinoteatrda göstərilib. Filmdən təxminən 260 milyon ¥ gəlir əldə olunub. Anime məhdud reklam olunub, lakin müsbət rəylər və şifahi marketinq ona qarşı maraq oyatmışdır. Şincuku teatrında bir neçə gün ardıcıl tamaşaçılar zalı doldurmuş, hətta ayaqda filmi izləyənlər olmuşdur. Bundan sonra distribüter “Kadokawa Herald Pictures” animenin Yaponiyada göstərildiyi kinoteatrların sayını artırıb, hətta beynəlxalq festivallara təqdim olunması müzakirəyə çıxarılıb və mükafatlar alıb.

Anime 2006-cı ildə Sices Film Festivalının Ən yaxşı animasiya filmi, Media Sənətləri Festivalında Böyük mükafatı, 2007-ci ildə Yaponiya Akademiya Mükafatının İlin ən yaxşı animasiya filmi, Tokio Anime Mükafatının İlin ən yaxşı animesi, Rejissor mükafatı (Mamoru Hosoda), Ən yaxşı hekayə/iş (Yasutaka Tsutsui), Ssenarist mükafatı (Satoko Okudera), Sənət rejissorluğunda uğur (Nizo Yamamoto), Personaj dizayneri mükafatı (Yoşiyuki Sadamoto), 2009-cu ildə Gənc Sənətkar Mükafatının Ən yaxşı səsləndirici (Emili Hörst – Makoto Konno personajının ingiliscə variantı), LXI Mayniçi Film mükafatını qazanmışdır.

Filmin əsas musiqisi “Garnet” (ガーネット), filmdə istifadə olunan mahnısı isə “Kavaranai Mono” (変わらないもの, azərb. “Dəyişməz şey(lər)”) adlanır. Hər iki mahnı müğənni-mahnı yazıçısı Hanako Oku tərəfindən yazılmış, ifa olunmuş və bəstələnmişdir.

Goo Ranking tərəfindən 2016-cı ilin oktyabrında 500 nəfər arasında keçirilmiş sorğuda ən kədərli 5-ci anime (32 səslə) seçilmişdir.
Manqa

Ranmaru Kotone tərəfindən film əsasında manqa adaptasiyası hazırlanmışdır və manqa adaptasiyası filmin kinoteatrlarda göstərilməsindən əvvəl, bir neçə ay “Monthly Shōnen Ace” jurnalında nəşr olunmuşdur. 2009-cu ildə “Bandai Entertainment” (lisenzia sahibi) və “Madman Entertainment” (distribüter) tərəfindən manqanın ingilis versiyası Avstraliya üçün yayımlanmışdır. Manqada baş verən hadisələr bir neçə kiçik fərq istisna olmaqla filmdə baş verən hadisələrlə eynidir. Xüsusilə, manqa filmdən fərqli başlayır və bitir.

Film

Eyniadlı roman əsasında 1983, 2006, 2010 və 2016-cı ildə filmlər (doramalar) çəkilib.

Sevinc Nur © yapon.az 2018