Azərbaycanlıların sevimli idman növü olan karateyə qısa baxış

Karate-do – “boş əlli yol” (空手道, kara – “boş”, te – “əl”, do – “yol””do” – yol) mənasını verən idman növü, təqribən 1000 il öncə Çində yaranmışdır. Daha sonra Okinavada (rəsmi formada müstəqil krallıq olan) neçə əsr əvvəl özünü silahsız şəkildə qorumaq üçün “təqdim edilmişdir”. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər Yaponiya adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. Əlbəyaxa döyüş növü olan karate (空手) Yaponiyanın idman növlərinin sırasına keçərək, 1920-ci illərdə Funakoşi Qiçin tərəfindən dünyaya təqdim edilmişdir.

Karate idman növündə insan bədənin hər bir hissəsi silah funksiyasına keçə bilər. Amma karatedə qorunma teknikası əsas rol oynayır. Rəqibin vuruş hədəflərinin qarşısını almaq və cavab vuruşları edə bilmək karatenin ən vacib qaydalarından biridir.

Makivara vuruşu adlı bir teknika var ki, karate ilə məşğul olanlar davamlı şəkildə bu taxta lövhəyə zərbələr vuraraq biləklərini və dizlərini zərbələrə qarşı bərkitməyə çalışırlar. Lakin karate ilə yeni məşğul olanlar üçün heç də məsləhət deyil (xəsarət ala bilərsiniz).

Karate təkcə idman növü deyil, həmçinin, həyat fəlsəfəsidir. Karate ilə məşğul olmaq döyüş sənətini öyrənməklə yanaşı, insanın davranış tərzinizi də formalaşdırır. Səbr, diqqətin cəmlənməsi və hədəfi tanıma kimi güclü hissiyat sahibi edir.

Aparılan araşdırmalara görə, hal-hazırda dünyada 130 milyondan çox insan karate ilə məşğul olur. Son 30 il ərzində karate ilə məşğul olan qadınların sayı, kişilərin sayına bərabərdir.

Gülşən Cabbarlı © yapon.az 2018