Qar sevənlərin sevimli bayramı: Kamakura Festivalı

Miyaqiken prefekturasının Kavasaki şəhərində uşaqların qar ilə oynayıb əyləndiyi festivalın adı Kamakura festivalıdır. Festival hər il, Miçinoku meşəsi və Kohan (Göl sahili) parkında keçirilir. Təqribən 140 ton təzə qardan hazırlanan üç böyük qar evdə və uzunluğu 15 metrlik xizək sürmək üçün hazırlanmış yerlərdə dincəlmək mümkündür.

kamakura

Kamakura qar evlərinin hündürlüyü və eni analoji şəkildə 3-6 metr arasındadır. İçəri daxil olan hər kəsə qar ölkəsi atmosferini bəxş edərək valeh etmək qabiliyyətinə malikdir. Adətən qar dünyasının ziyarətçilərinin əksəriyyəti ailəsi ilə gözəl vaxt keçirtmək istəyən uşaqlı ailələrdir. Yağış və qar yağmasının ehtimalı olduğu zaman girişdə qonaqlara, yağışdan və qardan qorunmaq üçün “qar uşaq” adlı şəffaf yağış plaşı verilir.

 

Gülşən Cabbarlı © yapon.az 2018