Yapon atalar sözü və məsəllərindən seçmələr

Əlifba sırası ilə:

A

Adət-ənənələr haqda mübahisə etməzlər.
Adi insanlar olmadan dahilər də olmur.
Ağ dəri kifirliyi gizlədir.
Ağıllının yanında uşaqlar öyrənmədən də oxuya bilirlər.
Ağılsızlığın hakim olduğu yerdə, ağıl gizlənər.
Ağızda bal, qarında iynə.
Axar suda rəqəm yazmaqdan faydasız heç nə yoxdur.
Axına qarşı gedən sazan (balıq) belə əjdaha ola bilər.
Axmaq və dəlilərə yol ver!
Axmaqdan da xeyir olur.
Axmaqdan qorxulu heç nə yoxdur.
Axmaqdan təhlükəli düşmən yoxdur.
Axşam sərxoş, səhər tənbəl.
Axmaqlar üçün dərman yoxdur.
Axmaqlar kütlə ilə gəzərlər.
Almazı cilalandırmasan, qiymətli daş kimi parıldamaz.
Artıq əşya – artıq qayğı.
“Arvaddan qorxmaq” xəstəliyinə tutulmaq.
Asta gedən – çox gedər.
Atın dözümlüyü yolda, insanın xasiyyəti zamanla bilinər.
Atı yolda, insanı ünsiyyətdə tanıyarlar.
Avara boşboğaz olar.


*Fundosi (– bel sarğısı) və ya sitaobi (下帯 – alt obisi (obi – – kəmər)) – yapon kişi alt geyimi.
*Sutra -Hindistan fəlsəfi məktəbi olan yoqanın əsas mətni.
B

Bacardığın hər bir şeyi et, qalanını talehə həvalə et.
Balıq istəsə su yol verər.
Başqasının fundosisində* mübarizə aparmaq.
Başqalarında hər şey yaxşı görünür.
Başqalarında güllər daha qırmızıdır.
Başqa yerlər – başqa əşyalar.
Başları böyük olanlar uğurludurlar.
Bədbəxtlik ardınca bədbəxtlik.
Bədbəxtlik gəldi, özünə güvən.
Bədbəxtlik tək gəlmir.
Bədbəxtlik xoşbəxtliyə çevrildi.
Bəla ötən kimi geyin-keçin.
Bəzən qaçmaq qalib gəlməkdir.
Bir az əyilməyə qorxma, düz dikələrsən.
Birənin başını balta ilə kəsmək.
Bir tanrı unutsa, o biri kömək edər.
Bolluqda dərman da zəhərdir.
Boş çəllək bərk səs çıxarır.
Boşboğazlığın sonu işin başlanğıcıdır.
Böyük balıq göldə yaşamır.
Böyük istedad gec yetişir.
Böyük uğur çoxlu xırda narahatlıqlar yaradır.
Böyük satqınlıq sadiqliyə bənzəyir.
Budaq çəkəndə küləyin nəfəsini eşitmək lazımdır.
Bu da kiçik balıqqulağının gətirdiyi xoşbəxtlik.
Budda məbədində yaşayan oğlan, öyrənmədən sutraları* oxuyur.
Bu gün dəbdə olan sabah yararsızdır.
Bu gün üçün əlli yaxşıdır, nəinki sabah üçün yüz.
Bülbüllərin onun üçün oxuduğu vaxtlar da olub.
Bülbüllər yüz yaşacan hoppanırlar.
Bütöv məhəllədə ancaq əri xəbərsizdir.