F

Falçı öz gələcəyini bilmir.

G

Gələcək haqda danışmaq, iblisləri güldürməkdir.
Gəmi limana girən kimi qəzaya uğradı.
Gedənin arxasınca getmə, gələni qovma.
Gizli edilən xeyirxahlıq hamıya aşkar mükafatlandırılar.
Göy susur, onun yerinə insanlar danışır.
Görüş ayrılığın başlanğıcıdır.
Güclü qırğı caynaqlarını gizlədir.
Gücün haqlı olduğu yerdə, haqqın gücü olmaz.
Gündə üç dəfə özünə göz gəzdir.
Günorta doğulan uşaq atasına, gecə doğulan uşaq anasına oxşayar.
Günorta yanan fənər kimi faydasız.
Gülüş olan evə xoşbəxtlik gələr.
Güzəşt etsən, udarsan.

X

Xəcalət hiss edən, məsuliyyət də hiss edir.
Xəyal yoxsa, məyusluq da yox.
Xeyirxahlığı kindən tez unutma.
Xeyir işi gecikdirmə.
Xeyir də, şər də sənin qəlbindədir.

H

Heç kim çarpayıda uzanaraq büdrəmir.
Heç öz başından milçəyi qova bilmir.
Həddindən artıq nəzakət yaltaqlığa çevrilir.
Həddindən artıq təvazökarlığın arxasında qürur dayanır.
Həmişə gülən adamın qəlbində nə olduğunu demək çətindir.
Hörmət bəslənilən məbəd darvazasından bilinər.