İ

İblisin dəmir dirəyi olmaq.
İçməyən bilməz suyun sərxoşedici dadını.
İnsafsız uşaqlar ata evini söyərlər.
İnsan qəbirdə, ondan sonra dünyaya həqiqət.
İnsan sevdiyi işi yaxşı görər.
İnsanın xarici görünüşü aldadıcı olur.
İnsanların qüssələndiyi yerdə sən də qüssələn.
İrəli çıxanı vurarlar.
İrəli gedən digərlərini də aparar.
İstedadı miras qoymurlar.
İstedadlı adam az yaşayar.
İstəyirsən sın, lakin çat.
İsti keçdi, kölgə də unuduldu.
İş sözdən daha möhkəm danışar.
İtin biri hürər, digərləri ciddiyə alıb qoşularlar.

K

Kağız fənərə mis zəng.
Konfutsinin* də bəxti həmişə gətirməyib ki.
Kor ilan heç nədən qorxmaz.
Kölgəsiz işıq yoxdur.
Körpüsüz keçmək olmaz.
Külək əsir, lakin dağlar tərpənmir.
Külək və albalı çiçəyi yaxın dost ola bilməzlər.

Q

Qadın istəsə, qayanın içindən də keçər.
Qadın sənə 7 uşaq bəxş etsə də, ürəyini ona açma.
Qalxmazdan əvvəl xəbər elə.
Qaranlıqda it nəcisi də tapılmaz.
Qaranlıqda, uzaqdan və ya kağız çətir altında istənilən qadın gözəldir.
Qarnı tox, əynində paltar, deməli həm də nəzakətlidir.
Qaytarmaq mümkün olmayan bir şey üçün kədərlənməyə dəyməz. (Sonrakı peşmançılıq fayda verməz.)
Qazların hündürdə uçmasından hətta tısbağalar da ayaqlarını döyürlər.
Qələbədə — hökümət ordusu, məğlubiyyətdə — qiyamçılar.
Qızılın parıltısı Buddadan çox olar.
Qidaya olan ehtiyac sevgidən güclüdür.
Qonşudakı arpa evdəki düyüdən dadlı olar.
Qoy tərifləməsinlər, təki söyməsinlər.
Qurudulmuş sardina (balıq) ilə dişlərini xırçıldadır.
Quş daha yüksəyi, balıq daha dərini axtarar.
Qüsursuzda yeddi pis vərdiş olur, qüsurluda qırx səkkiz.


*Konfutsie.ə. 551-479-cu illlərdə yaşamış çin mütəfəkkir və filosofu.