Ç

Çay bulandırmağı sevir.
Çətiri islanmadan əvvəl götür.
Çiçəklənən bir gün mütləq solacaq.
Çoxlu il – çoxlu kin.
Çox yox, lakin geniş yaşa.

D

Dahilərin sözləri yoxsullar üçün deyil.
Danışmayan bilir, danışan bilmir.
Daş da danışa bilər.
Dedi-qodu yetmiş beş günə qədərdir.
Dəlil mühakimədən yaxşıdır.
Dəmir odda, insan təqsirdə sınanır.
Dərin çaylar səssiz axar.
Dərk etməyə qısa yol olmur.
Dinməzlərdən çəkin.
Dinməzlərlə qulağını yaxşı aç.
Dilənmə, əziyyət çək.
Düşünərək qərara gəl, qərara gəldinsə, düşünmə.
Düz adam düz bambuk kimidir, az rast gəlinər.

E

Elə bir şey olmayıb ki, çılpaq nəsə itirsin.
Elə olur ki, kağız batır, daş üzür.
Eyni xəstəlikdən əziyyət çəkənlər bir-birilərinə rəğbət bəsləyirlər.

Ə

Əcinələr məbədin qarşısında yaşayırlar.
Əxlaqsızlığın ən böyüyü pozğunluqdur, xeyirxahlığın ən böyüyü oğul borcudur.
Əks tərəfin də əks tərəfi var.
Əlində fənər tutanın ayağının altı həmişə qaranlıqdır.
Ən qəddar ilanı çoxlu qarışqa məğlub edə bilər.
Əsl səbr o zaman olur ki, nə zaman ki səbr etməyə gücün çatmır.
Əşya olmasa, kölgə də olmaz.
Əşya və kölgə bir-birilərinə rəğbət bəsləyirlər.
Əvvəlcə qulluq, sonra dərman.
Əyri yolla qazanılmış var-dövlət və ad-san bulud kimi yox olub gedir.
Əziyyəti xərclədin, yorğunluğu aldın.