新生姜の甘酢漬け (ガリ)

Zəncəfilin Yaponiya mətbəxindəki yeri haqqında daha öncə yazmışam. Bu dəfə isə sizinlə zəncəfilin marinə edilməsi üsulunu bölüşmək istəyirəm. Deyim ki, bu üsulla zəncəfilin hazırlanması zamanı çəhrayı hissəsi olan təzə-tər zəncəfili seçmək lazımdır. Belə zəncəfilin qabığı adətən yeməklərin bişirilməsi zamanı istifadə olunan adi (tər olmayan) zəncəfilin qabığı kimi qalın olmur və o, asanlıqla təmizlənir. Qoxusu incə olduğundan turşunu daha ləzzətli edir. Digər vacib fakt isə təzə zəncəfilin çəhrayı sonluqlarının olmasıdır ki, bu turşuya təbii çəhrayı rəng verir.

Beləliklə, suşi üçün zəncəfilin hazırlanması zamanı yalnız təzə-tər (başlıq şəkildəki) zəncəfildən istifadə olunur. Belə zəncəfil isə adətən yayın əvvəllərində yığılır və satılır. O, incə doğranır və şəkərli düyü sirkəsində saxlanılır. Hazırlanma vaxtı 15 dəq., bişirilmə vaxtı 5 dəq., ümumi vaxt 4 saat 20 dəq.

Yan yemək (turşu): zəncəfil adətən sol tərəfdəki şəkildə gördüyünüz kimi kiçik piyalədə təqdim olunur.

ginger sushi

Ərzaqlar:

  • 100-150 q təzə zəncəfil
  • ¼ xq (xörək qaşığı) süfrə duzu və ya ½ xq koşer duzu (iri duz)

Şirin sirkə (Amazu) üçün:

  • 100 ml düyü sirkəsi (100 ml = 1/3 fincan və ½ fincan arasında
  • 4 xq şəkər tozu (4 xq = 40-50 q)
  • ¼ xq duz və ya ½ xq koşer duzu

Hazırlanması:

Bir qaşıq və ya bıçaqdan istifadə edərək zəncəfilin üstündəki incə qabığı, qəhvəyi ləkələr çıxarılır (soyun). Sonra çox incə dilimlənir. Üzərinə ½ xq koşer duzu səpilir və 5 dəqiqə kənara qoyulur.

Sonra zəncəfili qaynar suya əlavə edin və 1-3 dəqiqə bişirin. Əgər daha çox orijinal qoxusunu saxlamağını istəyirsinizsə onu 1 dəq. sonra götürün. Əks təqdirdə 2-3 dəqiqə qaynatmaq daha yaxşıdır.

Hazırladığınız zəncəfili bir ələyə tökün ve zəncəfil dilimlerinin suyunu tamamilə süzün. Temiz əllərinizlə suyu sıxaraq zəncəfilləri sterilizə edilmiş şüşə qaba (banka) yerləşdirin.

Kiçik bir qazana 100 ml düyü sirkəsi, 4 xq şəkər tozu və ½ xq iri duz əlavə edin və güclü sirkə qoxusu buxarlanana qədər qaynadın. Bir az sərin olduqda, dilimlənmiş zəncəfillə birlikdə sirkə məhlulunu bankaya tökün.

Bir neçə saat sonra (minimum 3-4 saat), zəncəfil bir az çəhrayı rəngə boyanacaqdır. Ertəsi gün daha da çəhrayı olacaq.

Turşu zəncəfil soyuducuda hava buraxmayan konteynerdə 1 ilə qədər saxlanıla bilər.

Prosesi şəkillərlə də izləyə bilərsiniz: 
gingerginger2ginger 3
Yemək hazırdır.
1023215_600.gif いただきます!

Sevinc Nur © yapon.az 2018