Yaponiya mətbəxi

Zəncəfil

Zəncəfil (yap. ジンジャー [cinca:] rus. imbir, ing. ginger) turşusu Yaponiyada ən çox yayılan və sevilən turşu növüdür. Hazır bento alanda yağda qızarmış suxarılı, soya souslu toyuğun yanında mütləq onu görə bilərsiniz.

Bentoların bəzəyi ジンジャー turşusunun bəzən orijinal dadı saxlanılır (o zaman adamın gözündən yaş gəlir 😦 ), bəzilərində isə, fərqli tam olur. Əsasən, aşağıdakı rəng və formalarda olur.

Ən əsas məsələ! Yaponiya mətbəxi deyəndə ağıla gələn məhz suşidir. Suşinin yanında təqdim edilən əvəzolunmaz hissələrindən biri də elə zəncəfildir, turşu zəncəfil və ya suşi zəncəfil. Yaponiyada buna  qari (ガリ) və ya şin-şoqa no amazu-zuke (新生姜の甘酢漬け – şirin sirkəyə salınan tər zəncəfil) deyilir.

Beləliklə adətən suşi marinə edilmiş zəncəfillə verilir. Niyə suşini zəncəfillə birgə yeyirlər? Çünki zəncəfilin qoxusu (ədviyyatı) və şirin sirkə dadı müxtəlif növ suşi yeməyinin tamını “damağımızdan təmizləyir”, eyni zamanda müxtəlif növ balıqdan hazırlanmış suşilərin  dadını anlamağa və fərqləndirməyə imkan verir.

Zəncəfil turşusunu evdə hazırlamaq istəyirsinizsə onda bu resept sizin üçün faydalı olacaqdır! Suşi üçün zəncəfil turşusunun hazırlanması zamanı yalnız təzə-tər zəncəfildən istifadə olunur. O, incə doğranır və şəkərli düyü sirkəsində saxlanılır.

Sevinc Nur © yapon.az 2016
Advertisements

1 cavab »

  1. Geri izləmə: Turşu zəncəfil

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma