Qazandığı etibarına görə cinsi məsələlərə yumşaq, təmkinli yanaşan və şəxsi həyatın son dərəcə özəl olduğu Yaponiyada cinsiyyət orqanlarına “həsr edilmiş” festivalın keçirilməsi yersiz görünə bilər. Yaponiyada cümə günləri işçi işdən sonra müdiri ilə birlikdə səhərə kimi, bir neçə ardıcıl restoran, bar gəzərək içə (nomikai – içki partisi), sərhoş ola və onunla birgə karaoke söyləyə bilər, lakin bazar ertəsi hər şey yenidən rəsmiyyətə keçəcəkdir. Cinsi həyatın ictimaiyyətdə müzakirəsi və ya hətta onun mövcudluğunun etirafı (hər hansısa fərdin şəxsi həyatında) belə ümumiyyətlə qəbul olunmaz sayılırsa da – Kanamara matsuridə bütün insanlar ailələri ilə birgə cinsi münasibətlər, məhsuldarlığı və həyatın özünün yaradılışını qeyd edir.

Kanamara festivalı. 2019-cu il. Mənbə: Tokyo Cheapo
Kanamara festivalı. 2019-cu il. Mənbə: Tokyo Cheapo

Kanamara matsuri (かなまら祭り) – “Metal falloslar festivalı” məhsuldarlıq festivallarından biridir. Bu festival hər ilin aprel ayının ilk bazar günü Kavasaki şəhərinin Kanayama məbədində təşkil edilir.

Bu şintoist bayramı ilk dəfə Edo dövründə (1603-1868), həyat qadınlarının öz fəaliyyətlərində uğurlu və sağlam olmaları üçün dua etdikləri dönəmlərdə qeyd olunmağa başlanıb.

Bayramın mərkəzində 3 nəhəng (ən böyüyü 2,5 metr, çəhrayı rəngdə) fallos dayanır. Hər yerdə fallos formasında suvenirlər (hətta daikondan hazırlanan), şiriniyyatlar satılır.

Festivalda fəallığı yenə də adıçəkilən peşə sahibləri göstərirlər. Festivaldan əldə edilən gəlir Qazanılmış İmmun Çatışmazlığı Virusunun (QİÇS) araşdırılması ilə məşğul olan fond və təşkilatlara verilir.

kanamara

Kanamara matsurinin məşhurluğunun daha müasir bir səbəbi var. Festival Yaponiyada öz şəxsiyyətini tez-tez və ya tamamilə gizlətmək məcburiyyətində qalan müəyyən marjinal LGBTQ qrupları üçün bir platforma halına gəlib.

Müasir incəsənət əsərlərinin də mövzusuna çevrilən məhsuldarlıq festivallarında yaponlar həvəslə iştirak edirlər. Məsələn, öz əsərlərində Yaponiyanın görünməyən tərəflərini əks etdirdiyini bildirən Şohei Otomonun əsərinlərində geniş yer tutan mövzulardan biridir.

Sevinc Nur © yapon.az 2014