Hounen matsuri

Daim “ah bu yaponlar”, “yenə yaponlar”, “bunu yalnız yaponlar edə bilərdi” kimi ifadələri işlədənlərə daha bir səbəb, Hounen bayramı`dır (豊年祭 – hounen matsuri). Yəqin ki, Yaponiyanın tarixi və mədəniyyəti ilə yaxından maraqlananlar yaxşı bilir ki, bu bayram hər ilin mart ayının 15-də keçirilir. “Hounen” sözü “məhsuldar il”, “matsuri” isə “bayram” deməkdir. Heroqliflərin də mənasından anlaşıldığı kimi bu, bayram məhsuldarlıq bayramıdır.

Hounen (şintoizmə xas) bayramının ən coşğulu keçirildiyi yer Naqoya şəhərinin yaxınlığındakı Komaki əyalətidir. Bayramda şintoizm paradı təşkil edilir, şinto (神道) rahibləri musiqi alətlərində ifa edir, mikoşi (御輿 – səyyar, portativ məbəd) üzərində 2,5 metr və 280 kiloqram ağırlığında kişi cinsiyyət orqanının (fallos – yun. Φαλλός) taxtadan hazırlanmış nümunəsini gəzdirirlər. Sözügedən mikoşi cüt illərdə Şinmei şa məbədindən, tək illərdə isə Kumano şa məbədindən Taqata məbədinə doğru şəhərin mərkəzi küçələrində gəzdirilərək aparılır.

Bayram səhər saat 10:00-da Taqata məbədində başlayır və insanlara pulsuz sake verilir, fallos formasında suvenirlər və müxtəlif çərəzlər, yeməklər satılır.

Qeyd edim ki, ibadət obyekti fallos deyil, ilahə Tamahime-no mikotodur. Fallos öz xanımını ziyarət edən döyüşçü Take-ina-dane Tamahime-no mikotonun ərini simvolizə edir. Yeni obyektin həyat qüvvəsinin artdığı güman edildiyindən hər il fallos bütöv sərv ağacından kəsilir.

Bundan başqa, Kanamara matsuri (かなまら祭り) – hər ilin aprel ayının ilk bazar günü Kavasaki şəhərinin Kanayama məbədində təşkil edilən “Metal falloslar festivalı” da var. Bu şintoist bayrama ilk dəfə Edo dövründə (1603-1868) həyat qadınlarının öz fəaliyyətində uğur və sağlamlığı üçün dua etdiyi dövrlərdə qeyd olunmağa başlanıb.

Bayramın mərkəzində 3 nəhəng (ən böyüyü 2,5 metr, çəhrayı rəngdə) fallos dayanır. Hər yerdə fallos formasında suvenirlər (hətta daikondan hazırlanan), şiriniyyatlar, şüşə konfetlər satılır.

Festivalda fəallığı yenə də adıçəkilən peşə sahibləri göstərirlər. Festivaldan əldə edilən gəlir Qazanılmış İmmun Çatışmazlığı Virusunun (QİÇS) araşdırılması ilə məşğul olan fond və təşkilatlara verilir.

Müasir incəsənət əsərlərinin də mövzusuna çevrilən bu bayramlarda yaponlar həvəslə iştirak edirlər. Məsələn, öz əsərlərində Yaponiyanın görünməyən tərəflərini əks etdirdiyini bildirən Şohei Otomonun əsərinlərində geniş yer tutan mövzulardan biridir.

Qabil Əli © yapon.az 2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma