Pişik sevənlərin marağını cəlb edəcək şəhər

Yanaka – Nezu və Sendagi ilə birlikdə Yanesen məhəlləsinin bir hissəsidir. Hər 3 şəhərin ilk hecasını adında əks etdirən Yanesen ərazisi təkcə qədim şəhərin sehrini özündə birləşdirməklə qalmır, həmçinin, dostcanlı, mehriban pişiklərin məskənidir. Nəticədə bura hər il minlərlə pişiksevərləri özünə cəlb edən “Pişik mövzulu park”a çevrilib.

Yanesenin tarixi

Yanaka, Nezu və Sendagi qədimdən bəri təbii fəlakət, yanğın və müharibə nəticəsində dağılmanın üstəsindən gəlməyi bacarmış bir bölgədir. Yanesen Şitamaçi, yəni şəhərin mərkəz hissəsinin bir parçasını təşkil edir. Tarixən bu ərazi cəmiyyətin alt təbəqəsindən olan insanların yaşadığı kasıb bir yer olub. Yanesenin sehri Tokyoda qismən də olsa, qədim şəhər görə biləcəyiniz nadir yerlərdən biri olmasından irəli gəlir.

yanaka3

Tokyonun Pişik Şəhəri

東京猫町

Yanakanın pişiklərin daimi yaşam yeri halına gəlib, sanki “ev”ə çevrilməsinin səbəbi bilinmir. Bu mövzu ilə əlaqəli fərziyyələrdən biri sıx ağacların və məbədlərin pişikləri özünə cəlb etməsidir. Yerli əhali bu pişikləri o qədər çox sevir ki, öz ərazilərində yerli bayraqlara pişiklərin əlavə edilməsi üçün təzyiq belə ediblər.

Yanaka Ginza alış-veriş qəsəbəsinə getdiyinizdə belə, burada pişiklər üçün müvəqqəti evlər və yemək qabları görə bilərsiniz. Amma bunlar yanlızca küçədə olan pişiklər üçün keçərli deyil. Ərazidə yerləşən mağazalar belə “pişik sığınacağı” olaraq məşhurlaşıblar. Yanaka Ginzada pişiklər mövzusunda şirniyyat, bəzək və hədiyyəlik əşyalar satan dükanlar da tapa bilərsiniz.

yanaka

Ağıllı pişiklər yeməyin olduğu yerlərə getsələr də, insanların sıx olduğu yerləri sevmirlər. İnsanlar küçədəki pişikləri bəsləməkdən vaz keçirilməyə çalışılsa da, onları Yanaka Ginzanın şərq girişindəki pilləkənlərdə gəzərkən və ya yerlilərdən nəsə götürərkən görə bilərsiniz. Yanaka məzarlığı da hər kəsə çatacaq qədər rahat ağaclıq ərazi olduğu üçün pişiklərin görüşdüyü ən gözəl yerlərdən biridir.

Xəyalə Əlizadə © yapon.az 2019
Mənbə: Theculturetrip