O, Saqa prefekturasında Koreya köçmənlərinin ailəsində anadan olub. Gənc yaşlarında yaponlar tərəfindən ayrı-seçkiliyə məruz qalan Son öz arzularına tutunur. O zamanlar “McDonalds”ın Yaponiyadakı rəhbəri Den Fuci (Den Fuji) ilə 60 uğursuz görüş istəyindən sonra nəhayət ki, onunla görüşə bilir. Aldığı məsləhətlə ingilis dili və kompyuter sahəsini öyrənməyə başlayır. Amerikanın “Holy Names” və Kaliforniya universitetlərində kompyuter üzrə təhsil alır. İlk elektron lüğəti ixtira edərək “Sharp” (hazırda Yaponiyada geniş yayılmış marka) şirkətinə satıb 1 mln dollar əldə edir. Tələbə yataqxanalarına video oyun maşınları satmaqla əldə etdiyi 1,5 mln dollar ilə özünün “Softbank” şirkətini qurur.

1995-ci ildə “Yahoo”, 1999-cu ildə “Alibaba” və digər şirkətlərə etdiyi investisiyalar onu 2000-ci illərin əvvəllərində hətta 3 gün müddətində belə Bil Geytsdən varlı edir. 2000-ci ilin sonu onun şirkətlərinin səhmləri 99 % öz dəyərini itirsə də o, ayağa qalxmağı bacarır. İndi o, 24 mlrd dollarla Tadaşi Yanaidən sonra Yaponiyanın ikinci ən varlı adamıdır. Ərəb şahzadəsinin də yatırımı ilə qurduğu “Vision fund” 95 mlrd dollar büdcə ilə, sonrakı 300 ili nəzərə alaraqdan bir çox yeni şirkətə yatırım edir.

Başlıq şəkil: Bloomberg
Qabil (Mənbə: serwiseport) © yapon.az 2018