88 yaşındakı Kiyoko Ozeki doktorluq dərəcəsi qazanıb

“The Japan Times”ın veridyi xəbərə görə, martın 24-ü 2018-ci il Kioto şəhərindəki Ritsumeikan Universitetində, 88 yaşındakı bir araşdırmaçı doktorlıq dərəcəsi qazanaraq Yaponiyada bu sahədə ən yaşlı insan kimi tarixə düşüb.

“Mən çox təsirlənmişəm. Qürur duyuram”, – Kiyoko Ozeki Ritsumeikan’dakı məzuniyyət mərasimindən əvvəl jurnalistlərə bildirib.

Naqoya sakini Kiyoko universitetin məzun proqramına daxil olmasa da, mövcud diplomu onun doktorluq dərəcəsini qazanmasına kömək edib.

1995-ci ilə qədər Tokai Qakuen Universitetinin qadınlar üçün kiçik kollecində dosent vəzifəsini icra edən və hazırda eyni müəssisədə fəxri professor olan Ozeki, 30 ildən çoxdur ki, qədim Comon (ing. Jomon) dövrünə aid parçaların mədəni cəhətlərini araşdırır.

Universitetin PAN – Sakit okean mədəniyyətləri Araşdırma Mərkəzində aprel 2015-ci il tarixindən qonaq olan akademik, ötən sentyabr ayında universitetə tezis təqdim etmişdir.

Sevinc N. © yapon.az 2018