Çində yeni “coranavirus”un səbəb olduğu düşünülən ağciyər xəstəliyinə yoluxan insan sayı artmaqdadır. Çin ayın 24-dən yeni il tətilindədir. Yaponiyaya da çox sayda insan sayahətə gəldiyindən müxtəlif yerlərdə virusun yayılmamasına diqqət edilir.

Narita hava limanında rəhbərlik edən insanlar maska taxaraq işləyirlər. Maska taxmaq qarşı tərəflə danışmağı çətinləşdirdiyi üçün indiyə qədər rəhbərlik edən işçilər maska taxmayıb.

IMG_20200128_143203.jpg

Akayama hava limanında Çindən gələn insanların öskürək və qızdırmaları varsa kağıza yazıb bildirmələri üçün xüsusi guşə yerləşdirilib. Şəxslərdən, “Yaponiyaya gələndən bəri qızdırmalıyam və öskürürəm. Xəstəxanaya getmək üçün yazıram” – formasında müraciət etmələri tələb edilir.

Hava limanları bədən tempuraturunu ölçə bilən avadanlıqlardan istifadə edərək qızdırması olan insanları müəyyənləşdirib öz ölkələrinə informasiya verir.

14-28-52-manu_2020_0124_himeji.jpg

Yaponiya turistik yerlərdə də virusun yayılmaması üçün maksimum dərəcədə diqqətli olmağa çalışır.

Ən çox turistin ziyarət etdiyi Hyoqo əyalətindəki Himeci qalasının girişinə virusa qarşı dərmanlar qoyularaq əllərini yumaqları deyilir.

Günay Qocalı © yapon.az 2020