İkinci dünya müharibəsi zamanı ABŞ ordusunun tərkibində döyüşən, tamamilə yaponlardan ibarət 442-ci piyada alayı

Yaponlardan ibarət 442-ci piyada alayı
Yaponlardan ibarət 442-ci piyada alayı

Müharibə başlayanda ABŞ hökuməti ölkədə yaşayan 110.000 Yaponiya əsilli şəxsi əsir düşərgələrinə göndərib və onların orduda xidmət etməsinə qadağa qoyur. Bu xəbər Yaponiyada propaqanda məhsulu kimi istifadə edilərək ABŞ-ı irqçi ölkə kimi göstərilməyə başlanılıb. Propaqandaya cavab olaraq Ruzvelt Yaponiya əsilli şəxslərin orduya cəlb edilməsini təmin edib.

ABŞ-a sadəqətlərini nümayiş etdirmək istəyən yaponlar o qədər çox idi ki, 442-ci piyada alayı üçün 1500 könüllü tələb olunsa da, 10.000-dən çox yapon müraciət edib.

Alayda vuruşan əsgərlərdən biri Takaşi Hirose, həm də ABŞ-ı beynəlxalq turnirdə təmsil edən ilk üzgüçü idi.

Serkan Şentürk © yapon.az 2020