Anne Frankın gündəliyi əsasında çəkilən animedə, nazi zülmünə məruz qalmış yahudi qızın ürəyində qalan arzuları və yaşadığı çətin anlardan bəhs edilir.

Amsterdam, 12 iyun 1942-ci il. Anne Frank 13-cü ad gününü qeyd edir və “Kitty” deyə adlandırdığı gündəliyini yazmağa başlayır. Alman təhdidindən qaçaraq yaşayan gənc qız 2 il sonra dünya haqqında idealist düşüncələrini, acgözlüyünü, qorxularını və ilk eşqi “Peter“i yazır…

Yəhudi düşərgəsinə sürgün edilən zaman sağqalma mübarizəsindən qalib çıxa bilməsə də, bütün yaşadığı acı, kin, nifrət, xoşbəxt və eşq duyğularını öz gündəliyinə tökür…
Gündəlikdə bəhsi keçən hər şey həqiqi həyat hekayəsidir. Ölümündən sonra tapılıb, sonradan əsərə çevrilən gündəlik, dünyada ən çox satılan kitablardan biri oldu. Adına film və anime çəkildi…

Gündəlikdən sitat: “Ölülərə yaşayanlardan daha çox çiçək verilir həmişə. Çünki peşmançılıq minnətdən daha güclüdür“.
Gündəlik, dünyada 30 milyondan çox nüsxə ilə dərc edilib və 67 dilə tərcümə olunub.

Xəyalə Əlizadə ©  yapon.az 2022