Fevralın 20-sində Pekin Olimpiya Oyunları başa çatdı. Eyni gündə Yaponiya qadınlar üzrə karlinq yarışında qızıl medal qazandı.

Ümumilikdə qazanılan 18 medaldan 3-ü qızıl, 6-sı gümüş, 9-u isə bürünc medal oldu. Bu, Yaponiyanın indiyə qədər qış olimpiyadasında əldə etdiyi ən çox medal sayıdır.
Fiqurlu konkisürmədə isə Yaponiya qrup şəklində bürünc medal qazansa da medalın təqdim etmə mərasimi keçirilmədi. Səbəb olaraq rusiyalı idmançının dopinqdən istifadə etməsi olub. Yaponiya komandasının baş meneceri İtou Hidehito: “Təəssüf edirik. Bundan sonra necə olacaq bilmirik, amma idmançıların medalla təltif olunması üçün şans yaratmaq istəyirik” deyə açıqlama verib.

Xəyalə Əlizadə ©  yapon.az 2022