VI-VII əsrlərdə Yaponiyada qatlanan yelpiklərdən fərqli olaraq qatlanmayan düz, oval və ya lobya şəkilli Çin idxalı olan ənənəvi yapon yelpikləri, yəni uçivalar da istifadə edilirdi.

Uçiva XVII-XVIII əslərdə Edoda populyar şəkildə istifadə edildiyinə görə şəhər mədəniyyət simvoluna çevrilmişdi. Ouqi (扇), Suehiro (末広) və ya Sensu (扇子) kimi qatlanan yelpiklər Kyotoda hökm sürən sofistik saray mədəniyyətinin dominant aksesuarı idi.

Keçmişdə adətən qatlanan yelpiklər kişilər, qatlanmayan uçivalar isə qadınlar tərəfindən istifadə olunurdu. Ən çox yayda satılan və yay motivləri ilə bəzədilən uçivalar yapon mövsümi ənənələrinin bir hissəsidir və onlar hədiyyə olaraq da verilə bilərdi. Uçivalar əvvəllər böyük yarpaqlardan və heyvan tükündən hazırlanırdı. Belə hazırlanması dua rituallarından və paklaşmaq istəyindən irəli gəlirdi idi. Lakin, Kouan dövrünün sonları, Muromaçi dövrünün əvvəllərində uçivalar bambuk və kağızdan hazırlanmağa başlandı. Bu dövrdə onların üzərində müxtəlif naxış və motivlərdən də istifadə olunurdu. Naxışların bir neçə növü var idi ki, xüsusi diqqətlə peşəkarlar tərəfindən vurulurdu. Han Xanədanlığı dövründə uçivalar məşhur xəttatlar tərəfindən bəzədilirdi. Edo dövründə isə onlar ziyarətgahlar üçün suvenir kimi hazırlanırdı. Meici dövründə əcnəbilərin böyük marağına səbəb olduğuna görə xarici ölkələrə də ixrac olundu.

Ən qədim uçivanı Çində, eləcə də Antik Misirin divar rəsmlərində görmək mümkündür.

Müasir dövrdə uçivaları yemək bişirərkən, xəstəlikləri yox etmək məqsədilə də istifadə edirlər. Bundan başqa uçivalar yay festivalı rəqslərində və sumo döyüşlərində hakimlər tərəfindən də çox istifadə olunur.

Xəyalə Əlizadə ©  yapon.az 2022