Yaponiyanın cənubundakı Kuçinoerabu adasındakı Şindake vulkanı püskürüb. Kyodo agentliyi, Yaponiya Meteorologiya Agentliyinə istinadən xəbər verir ki, vulkan  17 yanvar 2019-cu il tarixində səhər saatlarında partlayıb.

Vulkan püskürməsi nəticəsində ətrafa yayılan kül və dumanın hündürlüyü 500 metrədək çatıb, adada xəbərdarlıq səviyyəsi 3-ə yüksəlib.

Volcanik axıntılar isə kraterdən 1,5 km uzağa çatıb, adanın əhalisi isə partlayışdan sonra təhlükəsiz yerdə olduğu bildirilib.

2015-ci ilin 29 may tarixində Şindake vulkanının püskürməsindən sonra adanın bütün əhalisi (150 nəfər) müvəqqəti olaraq 12 km məsafədəki Yakuşima adasına evakuasiya edilmişdi. Lakin həmin əhalinin 2/3 hissəsi yenidən Kuçinoerabu şəhərinə qayıtmışdı.

shindake volcano yp 2019
Şindake vulkanı. AP
shindake volcano 2019
Şindake vulkanı. AP
Mənbə: Kyodo Agentliyi
Şəkillər: AP (Associated Press)
Sevinc Nur © yapon.az 2019