Keçən dəfə yapon ifadələri zamanı sadəcə itlər və pişiklər haqqında danışmışdıq, bu dəfə isə başqa heyvanlar ilə bağlı ifadələrdən danışacıq. Başlayaq.

“Dasoku( 蛇足)” – İlanın ayaq izləri

Mənası: Çoxluq, artıqlıq

Heç ilanın ayaq izini görmüsünüz? İlanın ətrafda gəzinmək üçün ayağa ehtiyacı yoxdur. İlan qarnının üstündə sürünərək “gəzir”. Əgər bir ilana ayaq versəniz bu sadəcə artıqlıq olar (həm də qorxuducudur). Yəni, insanlar bu ifadəni istifadə edəndə artıq olan və ya həqiqətən lazımsız olan bir şeyə istinad edirlər.

“Unomi (鵜呑み)” – Balıq yemi uddu

Mənası: Udmaq, qarmaq çəkmək, xətt çəkmək və batmaq

Ümumilikdə, balıq tutmaq deməkdir. Bu, əslində ingiliscədə oxşar ifadə olan – “yemi udmağa” istinad edir, ya da kiminsə sözünə sorğulamadan inanmaq deməkdir. Daha ətraflı desək, balığın yemdən bir qism dişləməsi kimi, qarmağın nəyə bağlı olduğunu düşünməmək.

“Suzume no namida (雀の涙)” – Sərçənin göz yaşları

Mənası: Vedrəyə atmaq

Sərçənin fikri balacadır… göz yaşları da elədir. Sərçənin ağlamağını heç vaxt görməmişəm, amma əksi olsa da, onun göz yaşlarının demək olar ki, mikroskopik ölçülərdə olacağına inanıram. Bu isə həmin ifadədə nə demək istənildiyini açıqlayır. Əsasən kiçik bir şey və ya heç olmamış kimi kiçik bir təsirə malik olan nəsə mənasını verir.

“Urusai (五月蠅い)” – Mayda milçək kimi narahat edici

Mənası: Səs-küylü, can sıxıcı

May ayında milçəklər həqiqətən çox səs-küylü və can sıxıcı olurlar. Kimsə həqiqətən səs-küylü və ya can sıxıcıdırsa, insanlar onu “urusai” andırır. Səsləniləcək ən yaxşı söz deyil! Bunun mənası əsəblərə ən çox toxunan həşəratlardan biri ilə bağlıdır, yəni milçəklərlə. Soyuq keçən aylardan sonra may, miçəklərlə qarşılaşdığınız ən pis aylardan biridir.

“Chou Chou Musubi (蝶々結び)” – Kəpənək düyünü

Mənası: Yay düyünü, nəyisə bağlamaq üçün düyün növlərindən biri

Düyünün adı formasının kəpənəyə oxşamasından götürülüb. Bu bağlama növü həqiqətən kəpənəyə çox oxşayır. Bu qədər, gözəl və sadə.

“Tombo Gaeri (とんぼ帰り)” – Cırcırama kimi qayıtmaq

Mənası: Tələsik evə qayıtmaq, qısamüddətli səyahətə getmək

Bu ifadə mənasını cırcıramaların sürətlə uçarkən istiqamətini anidən dəyişdirə bilmələrindən götürülmüşdür.

Cırcıramalar qəflətən geriyə uçmaq mövzusunda bacarıqlıdırlar, ya da daha asan geri qayıtmaq mövzusunda. Buna görə də, bir insan qəflətən evə qayıdanda ətrafındakıların onu sürətlə qayıdan bir böcək kimi adlandırmaqları normaldır. Bundan əlavə ümumilikdə, qısamüddətli səyahətlərdə, başqa bir şəhərə bir günlük gəzməyə gedib, axşama evə qayıdılan gəzintilərdə istifadə olunan ifadədir.

“Yajiuma (野次馬)” – Lağlağı At

Mənası: İzləyici, turist

Atların nəyəsə baxışlarından götürülüb. Bəzən atlar yavaşlayıb gözlərini nəyəsə dikirlər. Bu ifadəni açıqlayan şey turist olmaq və ya kiminsə gözünü nəyəsə dikməsidir (bəzən gözlərini dikdikləri şəylə maraqlanırlar).

“Umaga au (馬が合う)” – At ilə tanış olmaq

Mənası: Yaxşı yola getmək

At yarışlarından götürülüb. Atın və Jokeyin arasındakı dostluq əlaqəsini əks ətdirir. At və ona minən şəxs arasında əlaqə yaxşı olmalıdır. Bu iki “partner” yaxşı yola getməlidir. Bu ifadə burdan götürülərək yaxşı yola gedən insanlara istinad edir.

Mənbə: LiveJapan
Xəyalə Əlizadə © yapon.az 2019