Doyo no Uşi no hi
土用の丑の日

Çin zodiakına görə 12 heyvandan biri, – buğanın adı verilən yay gündönümüdür. 2017-ci ildə bu günlər 25 iyul və 6 avqusta düşdüyü halda, 2018-ci ildə 20 iyul-1 avqusta təsadüf edir. “Doyo no Uşi no hi” günlərində ənənəvi olaraq, istiyə dözümlü olmaq üçün yaponlar ilan balığı yeyirlər. Çünki ilan balığının tərkibində qidalandırıcı maddələr çoxdur.

Unagi
うなぎ

Şirin su ilan balığına, xüsusilə də, Yaponiyada geniş yayılan Anguilla japonicanı (Nihon unagi 日本鰻) ifadə edə bilmək üçün istifadə olunur. Bu balıq Yaponiyada kabayaki adlanan yeməyin əsas ərzaqlarından biridir və yapon dilində anago kimi tanınan duzlu su bağı ilə qarışdırılmamalıdır. Onun tərkibi yüksək protein, vitamin A və kalsiumla zəngindir.

Kabayaki
蒲焼

Əsasən unagidən hazırlanan yemək növüdür. Bu zaman unagi ya bel, yaxud da qarın hissəsindən ikiyə bölünür, kəpənək formasında və ya sümüksüzləşdirilərək kvadrat file əşəklində hissələrə ayrılır, qızardılmadan öncə (qril) soya sousunda saxlanılır.

Edo dövründən məşhur olan kabayaki A, E vitaminləri, omega-3-ün zəngin mənbəyidir. Kabayaki əsasən düyü ilə (donburi) süfrəyə verilir. Bu yemək unadon adlanır. Daha məşhur forma isə unacyu adlanır. Jcu (Cyubaku) adlanan laklı taxta qutulara yerləşdirilir.
Naqoyada isə düyü ilə qarışdırılmış variantını daha çox sevirlər.

Doyo no Uşi no hi iyulun 18-dən avqustun 8-dək aralığa təsadüf edə bilər.

Sevinc Nur © yapon.az 2018