Evlər/binalar bir-birinə o qədər yaxındır ki, həqiqətən də Taiqa Aisaka “uf demədən” Ryūci Takasu`nun evinə girə bilər…

Bir çoxları kimi mənim də Yaponiyaya marağım animeləri izləmək, qəhramanlara aşiq olmaq və rəğbət bəsləməklə başlayıb (hələ ki, tarixi məsələlər və samuraylara maraq və sevgini kənara qoyuram). Yaponiyada olmadan öncə animelərdəki həyat mənə uzaq, yad, lakin doğma (fanlar bilər 😀 ) bəzən fantastik, uydurma, hətta gülməli gəlirdi. Böyüdükcə bu haqda düşünmürdüm də. Lakin əslində heç də fərqli deyilmiş reallıqla təxəyyülün məhsulları…

sailor moon sezon 4 seriya 15 2
“Ay savaşçıcı”, sezon 4, seriya 15. Marketdəki sıra, düzülüş və kassa aparatları. Bu gün də belədir.
sailor moon sezon 4 seriya 15 1
“Ay savaşçıcı”, sezon 4, seriya 17. Məhsullar indi də belə qablaşdırılır.

Məsələn, çox uzağa getmədən, “Ay savaşçısı”nda Usagigilin evi – elə bilirdim, Yaponiya ancaq göydələnlərdən ibarətdir. Lakin elə deyil. Burda göydələnlərdən çox fərdi evlər var. Bəziləri kiçik bağçası ilə. Kiçik bağçanın ölçüsü bir addım qədər də ola bilər, yəni…

Bakemono no ko 20151
“Canavar uşaqları” (バケモノの子/ Bakemono no ko), 2015. Tokionun məşhur küçəsi

Evlər/binalar bir-birinə o qədər yaxındır ki, həqiqətən də “Pələng – əjdaha!”nın (とらドラ/ Toradora! – 2008) Taiqa Aisaka`sı “uf demədən” Ryūci Takasu`nun evinə eləcə (animedəki kimi) girə bilər…

Sailor Moon sezon 4 seriya 17
“Ay savaşçıcı”, sezon 4, seriya 17. Bu, şəkildə gördüyünüz dondurma qabıdır. 90-cı illərin animesində olan yemiş formasında qabda hələ də dondurma satılır.
13490762_10209363907125697_7879270604849549872_o
Bu, da həmin dondurmanın 2014-cü ildə alınan qabı. Orijinal.

Hava limanında oturub uçuş vaxtını gözləyəndə hər şeyi və qarşımdan keçən hər kəsi müşahidə etməyə vaxtım var idi. Yaponiyada reallıq animelərdəki kimi əyri ayaqlı insanlardan tutmuş, yalnız yanağın ön tərəfində (göz altında dairəvi formada) qızaran ənlik, üzə tökülən tellərə vurulan saç tokası, “İtazura na kiss” (イタズラなKiss – 2008) animesinin qəhramanı Kotoko Aihara`nın atasının hər dəfə zəlzələdən sonra tikdiyi ev, Qərb üslübu ilə milli üslubun sintezi, Venesiya incəsənəti və mədəniyyətini özündə əks etdirən bina və geyimlər (həmin dövrə aid), “Göy qurşağı: İkinci blokun altıncı kamerasından 7 nəfər” (Rainbow: 二舎六房の七人 / Reinbō: Nişa roku bō no şiçinin – 2010) animesindəki pəncərə önündəki paltar asmağa dəmir qarmaqlar, “Əlvan Çihaya” (ちはやふる/ Çihayafuru -2012) animesindəki dərsdən əlavə klub yaratmaq, ona üzvlər axtarmaq, komanda ilə yarışmaq, qazanmaq, qazanmaq üçün çalışmaq və s.-dən heç də fərqlənmir. Animelərdə gördüyünüz hər şey, zeppelin, asfaltın “yamaqları”, küçələr, arakəsmələr, işıq dirəkləri, işıqforlar, xəstəxanalar, qatarlar, yağış, insanın boyu qədər olan qamış və kollar, az qala mutant təsiri bağışlayan irihəcmli böcəklər belə real həyatdan götürülüb. Gördüyünüz hər şey Yaponiyadan ilhamlanıb və Yaponiyanın özüdür.

13482998_10209367706380676_1306749977376901521_o
Realda bu tip bina. Sapporo, Hokkaido. 2016-ci il. S.N.
Koto no ha no niwa 20136
“Söz bağı” (言の葉の庭 / Koto no ha no niva), 2013. Animedə bu formada bina.

Məsələn, aşağıdakı şəkildə (təzədən seriyanı bir-bir izləyərək tapmışam) Usaginin əlində olan salfetka qabılarının üz qabığı forma, rəng vəquruluşuna görə 2015-ci ildə həyatda da eyni idi. Yalnız 2015-ci ilin qışından sonra rənglər və forma saxlanılsa da ornamentlər əlavə olundu.

Sailor Moon sezon 4 seriya 19
“Ay savaşçıcı”, sezon 4, seriya 19. 

İnsanlar, onların danışığı, hərəkətləri, davranış və qəribəlikləri… Burada həqiqətən də deyinən, az qala başda “çanta sındıran” nənələr, gözəl geyimli cəzibədar xanımlar, özünə həddindən artıq inamlı yaraşıqlı gənclər, utancaq və hər şeydən pomidor kimi qızaran həkimlər (ümumiyyətlə, insanlar), nə geyinsələr də yöndəmsiz görünən qızlar, çəlimsizlər, qarayanız, buruqsaç, bığlı (bu, çox nadir hallarda olur), saçı rənglənmiş yapon kişilər…

Artıq heç bir şey mənim üçün təəccüblü, qəribə və ya fərqli deyil. Bu, televizorda siz tanış küçəni görəndə keçirdiyiniz hissə bənzəyir. Daha çox da adət etdiyiniz yerlərdə addımlayırmışsınız kimi adiləşir.

Tənbəllik etməyib bəzi animeləri yenidən izləyib müəyyən epizodları sizin üçün “dondurmuşam”:

Koto no ha no niwa 20131
“Söz bağı” (言の葉の庭 / Koto no ha no niva), 2013. Qatarlar…
Koto no ha no niwa 20135
“Söz bağı” (言の葉の庭 / Koto no ha no niva), 2013. Eyvan, eyvandakı dəmirdən şkaf bu gün var. Şkaflar xüsusilə olmazsa olmazlardandır.
Koto no ha no niwa 20132
“Söz bağı” (言の葉の庭 / Koto no ha no niva), 2013. Çılçıraq, otaq, siyirmə qapı, asılqan, çantalar, yanğınsöndürmə siqnalı…
Koto no ha no niwa 20133
“Söz bağı” (言の葉の庭 / Koto no ha no niva), 2013. Lövhə, lövhə təmizləyən, sinif otağı eynilə realda belədir.
Koto no ha no niwa 20134
“Söz bağı” (言の葉の庭 / Koto no ha no niva), 2013.. Məktəb, universitet dəhlizləri.
Karafuru 7
“Rəngbərəng” (カラフル/ Karafuru), 2010. Qataryolu, su avtomatları, çətirli insanlar, yoldakı yamaqlar, paslanmış körpü dəmirləri, velosiped dayanacağına çevrilmiş körpü altı.
Karafuru 1
“Rəngbərəng” (カラフル/ Karafuru), 2010. pəncərənin bütün quruluşu.
Karafuru20102
“Rəngbərəng” (カラフル/ Karafuru), 2010. Kiçik yapon üslubunda yeməkxana.
Karafuru 4
“Rəngbərəng” (カラフル/ Karafuru), 2010. Uşaq parkı, yelləncəklərin rəngi belə eynilə realdakı kimidir.
Karafuru20103
“Rəngbərəng” (カラフル/ Karafuru), 2010. Keçid və yol. Eynilə realda belədir.
Karafuru 2
“Rəngbərəng” (カラフル/ Karafuru), 2010. Konbini, konbininin rəngi (bircə hərf uydurmadır), reklamlar, zibil qutuları.
Karafuru20101
“Rəngbərəng” (カラフル/ Karafuru), 2010. Otaq, pərdə, şkaf, oturacaq.
Karafuru 6
“Rəngbərəng” (カラフル/ Karafuru), 2010. Küçə. hasar, evlər, yolun yamağı, məktəblilər. Sadəcə məktəbli qızların ətəyi daha uzun olur.
Karafuru 3
“Rəngbərəng” (カラフル/ Karafuru), 2010. Konbinilərdə jurnallar.
Bakemono no ko 20152
“Canavar uşaqları” (バケモノの子/ Bakemono no ko), 2015. Şəkildəki hər şey.
Bakemono no ko 2015
“Canavar uşaqları” (バケモノの子/ Bakemono no ko), 2015. Körpü altı, tıxac, velosipedlər, borular, zibil qutuları.
Sevinc Nur © yapon.az 2016