“Mini Rushmore” dağı “Western Village”də (ウエスタン村 – Qərbi şəhər) yerləşir və ümumilikdə 29 milyon ABŞ dollarına başa gəlib.

ウエスタン村 – Yaponiyada atılmış parklar silsiləsinə daxildir. Burada Amerikanın kiçik maketi yaradılıb, təbii ki, kovboy pivəxanası, Meksika stepləri, teatr, kilsə binaları, saxta “Rio Grande” və digəriləri ilə birlikdə…

Park 1975-2007-ci illərdə fəaliyyət göstərib. Lakin yaxınlıqda yerləşən “Disneyland” və digər parklar onun ziyarətkarlarını bazasını azaldır və nəticədə istifadəsizləşir.

Hazırda dağıntıları yalnız araşdırmaçılar ziyarət edir.

Sevinc Nur © yapon.az 2014
(13 mart 2014 – yenidən 2016)