Ali təhsili bitirən dünyanın ən yaşlı məzunu yapon olub

Bakı. Nazilə Ələkbərova (yapon.az)

Bu il 96 yaşı tamam olan Takamatsu şəhərinin Şiqemi Hirata adlı sakini ali təhsil müəssisəsini bitirən dünyanın ən yaşlı insanı kimi Ginnesin Dünya rekordlar kitabına düşüb. 2005-ci ildə Hirata Kioto İncəsənət və dizayn universitetinə qəbul olunub. O, poeziyanı daha da dərindən öyrənməyə qərar verib. Tam tədris kursunu keçmək üçün ona 11 il tələb olunub.

Şiqemi Yaponiya mətbuatına müsahibəsində universitetdə təhsil almağın çox əyləncəli olduğunu deyib. Bundan başqa, yapon təhsilini davam etdirmək və elmi dərəcə almaq istədiyiniaçıqlayıb. Lakin bu, yalnız onun səhhəti pisləşmədiyi halda mümkün olacaqdır.