Birdən göy gurultusu kimi səs gələr, lakin daha çox partlayışa oxşayan, hətta bəlkə də daha çox yük maşınından daş boşaldılırmış kimi guppultu. Sonra külək, əslində külək deyil, dalğa… Silkələnmə ilə uğultu… Elə bilərsən ki, külək o qədər möhkəm idi ki, evi titrətdi. Anidən çılçırağa baxarsan… Amma qəbul etməmiş yer ayaqlarının altından qaçar… Əşyalar yerində oynayar, kitablar yerə düşər… Qab-qacaq səsi… Mütləq bir neçə dəfə təkrarlanar. Bütün bunlar üçün isə sadəcə saniyələr lazımdır…

Bir çox hallarda eyni anda və ya dərhal ardından telefonunuz, beyninizə zəlzələdən daha çox təsir edən “cişin” (地震) siqnalı çalar…

Bu, bəzən ayda bir neçə dəfə, bəzən aylardan sonra müxtəlif şiddətdə olmaq şərtilə Yaponiyada yaşamın ayrılmaz hissəsidir. Sizinlədir… Nə vaxt gələcəyini xəbər vermədən gələn qonaq kimi…

Bəs, Yaponiyada baş verən zəlzələrin səbəbi nədir? Yaponiyada baş verən güclü zəlzələlərin əksəriyyəti Filippin dənizi plitəsi və ya Sakit okean plitəsinin subduktsiyası nəticəsində yaranır. Subduksiya – bir plitənin digərinin üzərinə hərəkət etdiyi və Yerin cazibə qüvvəsi nəticəsində mantiyaya yönəldiyi tektonik plitələrin konvergent (konvergensiya – bir-birilə toqquşma) hüdudlarında baş verən geoloji prosesdir. Bu prosesin baş verdiyi bölgələr subduksiya zonaları kimi tanınır. Bu tip zəlzələlər, xüsusən, Yaponiyanın şimal-şərq sahillərində tez-tez olur. Məsələn, Böyük Hanşin zəlzələsi “daxili səthi zəlzələ” adlanan üçüncü tipə aiddir. Bu növ zəlzələlər aktiv sınıqlar boyunca baş verir. Hətta çox qısa müddətdə davam etsə də dağıdıcı ola bilərlər, onların hiposentrləri səthdən 20 km aşağıda yerləşir (Yer daxilində zəlzələyə səbəb olmuş ilk hərəkətin baş verdiyi yer hiposentr adlanır).

Sevinc Nur © yapon.az 2016