2016-cı ilin iyul ayının 5-də Kiotoda istifadəyə verilən Kanci muzeyi buraya gələnlərə kancinin tarixini öyrənmək və eləcə də, əyani vəsaitlərlə onları tanımaq, xatırlamaq imkanı yaradır. Gion rayonu kənarında yerləşən Kanci muzeyi və kitabxanası əsasən ibtidai, orta məktəb şagirdləri və onların ailələrinin maraqlarını qarşılamağa yönəlib. Lakin xarici qonaqlar da diqqət mərkəzindədir.

Muzeyin mərkəzində “50.000 Kanci qalası” ucalır. Hündürlüyü 7,8 m olan qüllənin üzərindəki kancilər Morohaşi Tetsucinin “Dai kan va citen” lüğətini hərtərəfli əhatə edir. Burada kancilər nə qədər çox işlənməsindən asılı olaraq, müxtəlif ölçü və rənglərdə göstərilib. Ən görürünür yerdə cazibədar rənglərlə yazılanlar Yaponiyada ibtidaidən ali məktəbə qədər dərsliklərdə keçilənlərdir.

b05601_ph02-680x454
“50.000 Kanci qalası”

Muzeyin birinci mərtəbəsində kancinin tarixini öyrənməyə kömək edən monitorlar var. Burada ilk dəfə Çində yaranan tısbağa zirehi üzərində həkk olunan heroqlifləri (fala baxmaq zamanı istifadə olunan) görmək olar (5-ci əsrin əvvəllərində Yaponiyaya gəlib). Həmçinin,  muzeyə gələnlər əsrlər ərzində kancilərin necə yazıldığını (quruluşu və yazılma texnikasını) əyani görə və özləri də qum üzərində yaza bilərlər.

İkinci mərtəbə müxtəlif mövzulu oyunlara həsr olunub. Təbii ki, burada da kancilər əsas meyar olaraq qalır. Məsələn, suşi sevənlər sevimli balıq adlarnın necə yazıldığını xatırlaya bilər və ya üzərində balıq adlarının yazıldığı nəhəng fincanla (həmin fincanın normal ölçüdə variantı suvenir kimi geniş yayılıb) xatirə şəkli çəkdirə bilərlər. Eləcə də, muzeydə yoci yukuqo (dörd xarakterli ifadələr) və bir (tək) simvolun müxtəlif oxunuşlarını xatırladan bilgi ounlarından həm öyrənmək, həm də zövq almaq mümkündür.

b05601_ph05-680x454
Üzərində balıq adları yazılan nəhəng fincan.

Burada Yaponiyada yaradılan kokuci xarakterləri də nümayiş olunur.

Muzey Kanci Kentei testlərini və illik kanci səsverməsinin sponsorlarını idarə edən “Japan Kanji Aptitude Testing Foundation”a aiddir.

Muzeyin rəhbərliyi, kancilərə olan marağın regionun sərhədlərini aşmasını əhəmiyyətli hesab edir. ABŞ və İngiltərə kimi ölkələrdə uşaqlar heroqlifləri xatırlamaq üçün iki mərhələli üsuldan istifadə edirlər. Əvvəlcə simvolun – kancinin mahiyyətini öyrənir, əzbərləyir, daha sonra mövcud bilgilərinə əsasən səslənməni müəyyənləşdirirlər.

Kanci Muzeyi və Kitabxanası bazar ertəsi iş günü olmamaq şərtilə saat 9:30-dan 17:00-dək işləyir. Böyüklər üçün giriş 800 ¥, tələbələr və yuxarı sinif şagirdlər üşün 500 ¥, ibtidai və orta məktəb şagirdləri üçün isə 300 ¥-dir. Məktəbəqədər yaşlı uşaqlar, əlillər üçün pulsuzdur.

Muzeyin yalnız yapon dilində saytı fəaliyyət göstərir.

[googlemaps https://www.google.com/maps/d/embed?mid=1Cs8L1COiJc1ZJju4TjxI6rzIelI&w=640&h=480]

Mənbə: nippon.com (Richard Medhurst)
Sevinc Nur © yapon.az 2016