“Ağ gün”ün başlanğıcını reklam şirkətlərinin məhsullarını satmaq üçün həyata keçirdikləri satış kompaniyası qoyub

Yaponiyada insanların kökə, milli adət-ənənələrə bağlı olduğunu, mühavizəkar ailələr, qatı millətçi yaşlılarla razstlaşdığınız kimi, daim başqalarına özəndiklərini düşünə və bir çox milli, dini bayramlarların olmasına baxmayaraq, Qərbə məxsus günlərin qeyd edildiyini də görə bilərsiniz. Bəzən insana elə gəlir ki, (elədir də) yaponlar mahiyyətinə belə varmadan sadəcə “əylənmək” xatirinə həmin günləri qeyd edirlər. Onlara eləbil sadəcə qeyd etməyə, hədiyyə almağa bəhanə lazımdır… Əslində bir çox belə günlərin başlanğıcını reklam şirkətlərinin məhsullarını satmaq üçün həyata keçirdikləri satış, endirim kompaniyaları qoyub. Bəli, bəli! “Ağ gün”, “Müqəddəs Valentin” günü və s…

Beləliklə, 1965-ci ildə “Marshmallow” şiriniyyat şirkəti ağ zefiri satmaq üçün xüsusi kompaniyaya başlayır. Reklam kompaniyası kişiləri zərif cinsin nümayəndələrinin düz bir ay öncə Sevgililər günündə onlara aldıqları hədiyyəyə görə xanımlara təşəkkür etməyə çağırır. Qadınlar tərəfindən də rəğbətlə qarşılandığı üçün beləcə, “Marshmallow Day” yaranır.

Müqəddəs Valentin gününün qeyd edilməsi ənənəsi də Yaponiyada şokolad fabrikinin aktiv təşviqatı ilə 1958-ci ildən başlayıb.

Beləliklə, hər iki günün qeyd edilməsi kommersiya maraqlarına xidmət edir. Demək olar ki, hər iki gündən öncə 1 ay müddətində hər dükanda müxtəlif yaş quruplarına uyğun şiriniyyat növləri stendləri bəzəyir. Aydındır ki, şirkətlər də bu günə uzun müddət öncə hazırlaşırlar.

1978-ci ildən Yaponiyada ağ şokoladın istehsalı ilə ağ zefir ikinci plana keçib. Tədricən isə təkcə şokolad deyil, digər aksesuarlar da hədiyyə kimi verilməyə başlanıb.

1980-ci ildən etibarən Yaponiyada olan bütün şirniyyat sexləri və un məmulatları firmaları bu günü “Ağ gün” adlandırıblar.

Bu gün Yaponiyadan başqa, Cənubi Koreya, Vietnam, Tayvan və Çində qeyd edilir.

Sevgililər günü üçün keçid

Sevinc Nur © yapon.az 2017