Ölkədə yeni doğulanların sayında azalmanın baş verməsi bir sıra başlıca problemlərə səbəb ola bilir. Ölkə əhalisinin yaşlanması zamanı da problemlər baş verir. Gəlin təsəvvür edək ki, bu iki hadisə eyni zamanda baş verir, bəs onda necə olar? Yaponiya bunun cavabını bilir, çünki onlar hazırda bu cür böhranlı vəziyyətlə üz-üzədirlər.

ABŞ-Yaponiya münasibətlərinin araşdırılması, təhlili və daha yaxşı ictimai dərk edilməsinə xidmət edən Birləşmiş Ştatların beyin mərkəzi “Sasakava Sülh Fondu”nun araşdırmalarına əsasən, Yaponiya “Əkiz fenomeni”ni yaşayır.

Bu ilk baxışda “yaponların problemi” kimi görünə bilər, lakin yaxın 30-50 ildə bir çox inkişaf etmiş ölkələrdə (İEÖ), o cümlədən, Birləşmiş Ştatlara da təsir edə bilər. Hesablamalara görə dünya əhalisinin artımında əhəmiyyətli dərəcədə azalma müşahidə ediləcək, yaşlı (qoca) əhali qrupunun sayı çoxalacaq. Yaponiya böyük, dünyamiqyaslı demoqrafik böhranla mübarizəyə rəhbərlik edir.

Daha yaxın bir nəzər

Yaponiyanın əhalisi azalır, lakin bu, ölüm dərəcəsi yüksəlir anlamına gəlmir. Faktiki olaraq yapon xalqı uzunömürlüdür, bundan əvvəlki dövrlərə nəzərən daha sağlam ömür sürürlər. Normal şərtlər daxilində bu yaxşı haldır, lakin, doğum səviyyəsinin azalması ilə eyni anda müşahidə edildiyi üçün həyəcan təbili çalmağa məcbur edir.

Ümumi doğum səviyyəsindən (bütün qadınlar doğuş qabiliyyəti dövrünün sonuna qədər yaşadığı halda hər bir qadının dünyaya gətirdiyi uşaqların orta göstəricisi) başlasaq, Yaponiyada bu göstəricinin 1.46 olduğunu görərik. Sağlam (normal) ümumi doğum səviyyəsi bir çox ölklərdə övlad dünyaya gətirən qadınlar üçün 2.1-dir. Əgər bu göstərici sizin yaşadığınız məkanda qeyd olunandan aşağıdırsa, onda sizdə əhalinin artımında zəifləmə baş verir.

Burada açar söz kimi yerdəyişmə qəbul edilir. Yəni, bu uşaqlar böyüyərək, işləyəcək və təqaüdçü əhaliyə çevrilərək, hər mərhələdə onları əvəz edəcəklər. Bu uzun orta ömürlülüyün (təxmini ömür müddəti/ adətən yaxşı hal kimi qəbul olunur) problemə çevrilməsinə səbəb olur.

Doğum səviyyəsinin azalmasına nələr təsir göstərir

Nə üçün Yaponiyada doğum səviyyəsi aşağı düşür?

Bir neçə faktorlara görə baş verə bilər:

  1. Qadınlar daha gec ailə qururlar.
  2. Qadınlar evdarlıqdan başqa bir çox seçimlərə sahibdirlər.
  3. Gənc peşəkarlar Yapinyada son 20 ildə ailə qurmağın əleyhinədirlər.
  4. Qadınların ailə qurmadan uşaq dünyaya gətirməkdə istəksiz olması.

Yaponiyada qadınlar üçün dünyaya uşaq gətirmək ailə qurmaq və işləməmək mənasını verir. Əminliklə bildirmək olar ki, texniki olaraq Yaponiyada qadınlar üçün uşağın böyüdülməsini ayrıca peşə ki yerinə yetirmək mümkün olsa da, cəmiyyət bunu asanlıqla həzm etmir. Beləliklə, qərarlar karyera yoxsa övladlar seçiminə doğru enir və qadınlar karyeranı seçirlər.

Statistika

Bu problem pis görünə bilər, amma sən böyük və soyuq rəqəmlərlə ifadə etdikdə daha bərbad (əgər statistik təhlildən qorxursunuzsa bu bölməni ötürə bilərsiniz) olmağa başlayır. Gəlin BMT-nin 2015-ci ildə hazırladığı “Ümumdünya Əhalisinin Perspektivləri”ndəki faktlara baxaq.Bu bizə Yaponiyada əhalinin azalma problərini başa düşməkdə daha yaxşı kömək edəcək.

yaponaz2017
BMT-nin 2015-ci ildə hazırladığı “Ümumdünya Əhalisinin Perspektivləri”nə görə Yaponiyada əhalinin statistikası illər üzrə

Statistika özü hər şeyi izah edir. Yaponiya bu səviyyədəki tendensiyanı saxlasa, o zaman 2050-ci ilə qədər əhalinin ümumi sayında 20 milyon nəfərin azalması müşahidə ediləcək. Bu, çoxlu miqdarda əmək qüvvəsinin itkisi deməkdir.

Əhalinin yaş qruplarına görə bölgüsü

2050-ci ilədək əhalinin 42.5%-nin 60 yaşından yuxarı olacağı gözlənilir. Bu da onu göstərir ki, ölkə ehtiyaclarının ödənilməsi üçün gənc əhaliyə çox az sayda çıxış yolları qalmışdır. Gənc əhalinin sayı azala bilər və onların öhdəliklərinin yerinə yetirilməsi üçün böyük yaşlarda yaşaması zərurəti yarana bilər.

m
İllər üzrə əhalinin yaşa görə təsnifatı.

Doğum: Hər qadına düşən uşaqların orta sayı

Əvəzetmə doğum səviyyəsi 2.1-dir, bu göstəricini belə başa düşmək olar ki, hər qadın tərəfindən təxminən 2 uşaq dünyaya gətirilib. Yaponiya bu “əvəzedici” dərəcədən aşağı olub və belə qənaətə gəlinib ki, həmin rəqəm sabit qalacaqdır.

yaponaz2017-2

yaponaz2017-3
İllər üzrə hər qadına düşən uşaqların orta sayı

Orta ömür müddəti

Uzun ömür yaşamaq heç də pis hal deyil. Lakin çox sayda insanın uzun ömür yaşaması onlar üçün çox sayda gənc insanın pul və ərzaq əldə etməsini zəruri edir. Yaponiyada ömür müddətinin isə qısalması deyil, uzanması gözlənilməkdədir. Beləliklə də, aşağı doğum səviyyəsi problemi də bunun tərkib hissəsi olaraq qalır.

yaponaz2017-4
İllər üzrə orta ömür müddəti

Vurğu: Yaponiyanın demoqrafik statistikası heç də xoş görünmür. Ölkə 2050-ci ilə qədər milyon əhali elə həmin miqdarda da əmək qüvvəsi itirəcək. Baxmayaraq ki, ümumi doğum səviyyəsi əhəmiyyətli dərəcədə artmaqdadır (təxminlər bunun olmayacağını deyir), bu tendensiya davam edəcək. Ən vacib məqamlardan biri isə 2050-ci ilə qədər əhalinin təxminən yarısını 60 yaşından yuxarı olanlar təşkil edəcək. Başqa sözlə, azalan işçi qüvvəsinin də yarısı təqaüdə gedəcək və yerdə qalan işçi qüvvəsinin öhdəsinə düşən yük artmış olacaq.

Bəs əhalinin yaşlanması və azalması Yaponiyaya necə təsir edəcək? Bax, bu barədə ikinci yazımda qeyd etmək istəyirəm.

Vüqar Məmmədquliyev © yapon.az 2017