Yaponiyada “Sevgililər günü” necə qeyd olunur ?

30 iyun… İlk ağıla gələn bəzilərinin səbirsizliklə gözlədiyi, bəzilərinin isə, yalnızlıqlarını qeyd etdiyi “Sevgililər günü”… Amma hələ də öz dəyərini itirməyən 14 Fevral. Bəli, sevənlər üçün sevdiyinin yanında olması hər günü bayrama çevirir. İstər ildə bir dəfə, istərsə də iki dəfə, ya üç dəfə olsun, amma yenə də bunu qeyd etməkdən yorulmayan sevən insanlardır.

Bu yazımda nə kiməsə bəslədiyim sevgi hissini, nə də əsrarəngiz sevgi hekayəsini danışacam. Yazıda bu gün öz adət-ənənələri və həyat tərzi ilə dünyanın diqqət mərkəzində olan Yaponiyada maraqlı tərzdə qeyd edilən 14 Fevraldan xüsusi faktları diqqətinizə çatdırmağa çalışacam. Əminəm ki, bu faktlar 14 Fevralda “nə hədiyyə alım?” deyə düşünən sevgililərə ən gözəl hədiyyəni seçməkdə kömək edəcək.

İlk onu qeyd etmək lazımdır ki, Yaponiyada 14 Fevral məhz “xanımların” bayramıdır. Çünki sevgililər günündə öz sevgilərini göstərən və kişilərə hədiyyəni verən məhz qadınlardır. Yaponiyalı xanımlar adətən öz sevgilərini ifadə etməkdə çox utancaq olurlar. Buna görə də Müqəddəs Valentin gününə öz hisslərini ifadə etmək üçün ən böyük fürsət kimi yanaşırlar. Yaponiyalı qadınlar öz sevgi hisslərini ağ şokolat verərək ifadə etməyi sevirlər. Düşünməyin ki, kişilər sadəcə hədiyyəni almaqla canlarını qurtarırlar. Əksinə tam bir ay sonra mart ayının 14-ü “Ağ gün” adlandırılan gündə bu dəfə kişilər xanımlara hədiyyə verirlər. Eyni qayda ilə kişilər də xanımlara ağ şokolat və ağ şəkər verməyi vacib sayırlar.

Niyə məhz bu günü “Ağ gün” adlandırılır? Cavabı isə çox sadədir. Sevgililər gününü yalnız sevgililər qeyd etmir. İstər kişi, istərsə də qadın ailədə olan xanımlara və ya kişilərə, əgər işləyirlərsə iş yerində olan xanımlara və ya kişilərə hədiyyə verirlər. Buna görə də fevralın 14-ü və martın 14-dən bir həftə qabaq artıq ölkədə olan bütün şirniyyat sexlərində ağ şokolat və ağ şəkər çoxdan tükənmiş olur. 1980-ci ildən etibarən Yaponiyada olan bütün şirniyyat sexləri və un məmulatları firmaları bu günü “Ağ gün” adlandırıblar.

Sevgililərin bir-birinə verdiyi şokolata “honmei-çoko”, iş yoldaşlarının bir-birinə verdiyi şokolata “giri-çoko”, dostların bir-birinə verdiyi şokolata isə, “tomo-çoko” deyilir.

Bir ildə iki dəfə qeyd olunan sevgililər günü düşünməyin ki, çox vacib olduğu üçün bu qədər geniş qeyd olunur. Əslində, bu mərasim sadəcə şokolatı vermək və almaqla bitir. Ondan sonra yaponların hamısı gündəlik iş rejiminə geri qayıdırlar. Çünki yaponlar sevginin və ailənin təməlini qoruyub saxlayan vacib “nüansın” iş olduğunu düşünürlər və ona görə də sevgi və ailə işdən sonra ikinci planda durur.

İqtisadiyyatı güclü olan bir dövlətin insanlarının bu cür həyat tərzi məncə, artıq heç kimi təəccübləndirmir. Amma onu qeyd etmək lazımdır ki, istər dünyanın o tayı olsun, istərsə də bu tayı ölməyən və insanları həyata bağlayan tək hiss SEVGİDİR! Məncə, sevgini büruzə vermək üçün gərək bir gün Sevgililər günü kimi qeyd edilsin…

Gülşən Cabbarlı © yapon.az 2014
Advertisements

2 thoughts on “Yaponiyada “Sevgililər günü” necə qeyd olunur ?

  1. Geri izləmə: 14 Mart “Ağ gün”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma