Tokyo 2020 Olimpiya Oyunlarının məşəlləri Fukuşima zəlzələsindən geri çevrilən metaldan hazırlanacaq. Belə ki, 2011-ci ildə dağıdıcı zəlzələdən sonra xilas olanlar üçün müvəqqəti sığınacaqlar məhz alüminiumdan hazırlanmışdı. Oyunların təşkilatçıları geri toplanan həmin metalı yenidən emal edərək olimpiya məşəli halına gətirmək istəyir.

Yaponiya 2020 Oyunlarının “Yenidənqurma Olimpiadaları” olaraq xatırlanmasını, illərcə təbii fəlakətlərdən sonra yenidən ölkənin necə “ayağa qalxdığını” göstərmək istəyir.

Tokyo Olimpiyadasının “yaşıl təbiət” tərəfləri yalnız məşəllərin istehsalı ilə bitmir. Belə ki,
köhnə mobil telefonlarından istifadə edərək təkrar istehsalda 5000-dən çox medal hazırlanacaqdır. Bürünc medallar artıq bitib. Qızıl və gümüş medalların da yarısı hazırlanıb.

Bundan əlavə təşkilatçılar bütün tədbiri bərpa olunan enerji ilə təmin etmək istəyirlər. Külək və günəş enerjisi stadionları və idmançı kəndlərini işıqlandıracaq. Oyunlarda istifadə olunan malların 99% -i yenidən istifadə ediləcək və ya təkrar emal ediləcəkdir. Təşkilatçılar lazım olan bütün xammalların davamlı qaynaqlı olacağını söyləyiblər. Həm də idman avadanlıqlarını satın almadansa, icarəyə götürməyi planlaşdırırlar.

Mənbə: World Economics
Sevinc Nur © yapon.az 2019