“Nincin şiri-şiri” (人参しりしり) və ya “Rəndələnmiş kök/yerkökü” – Yaponiyanın Okinava prefekturasının adi gündəlik yeməklərindən biridir. Yeməyin adında istifadə olunan heroqliflər (人参- nincin) yerkökü deməkdir. İkinci söz isə şiri-şiri (しりしり) kökü sürtkəcdən keçirərkən eşidilən səsi ifadə edir.

     Ərzaqlar (1 nəfər üçün):

  • 1 ədəd böyük kök
  • 2 yumurta
  • Yarım x.q. soya souzu
  • Duz
  • Yarım ç.q. daşi tozu
  • Yarım x.q. küncüt yağı

     Bişirilmə qaydası:

Öncə kökü sürtkəcdən keçirirsiniz. Sonra digər bir boşqabda iki yumurtanı çalırsınız. Tavanı orta odda qızdırırsınız və küncüt yağını əlavə edirsiniz. Yağ bir qədər qızdıqdan sonra sürtkəcdən keçirilmiş kök kütləsini tavaya əlavə edirsiniz. Kökə daima nəzarət edin, dilimlər yumşaldıqda yumurtanı, daşi tozunu və soya souzunu tavaya əlavə edirsiniz və qarışdırırsınız. Yumurta 1-2 dəqiqə bişdikdən sonra odu söndürürsünüz. Yemək hazırdır.

onion_emotes_by_toadas-d54jfeu.gifQEYD! Bu yemək adətən süfrəyə bişmiş düyü, Ramen, Çanpuru və s. yeməklərlə birgə təqdim olunur.

1023215_600 いただきます!

Hüseyn Əskərov © yapon.az 2015