Rəsmdə gördüyünüz qayalar yapon dilində Meoto İva (夫婦岩) qayaları və ya “Evli qayalar” adlandırılır. Bu qayalar şimenava adlandırılan qalın iplərlə bir-birinə birləşdirilib. İplərin çəkisi ən azı bir tondur və ildə müxtəlif dini ainlər zamanı dəyişdirilir.

Qayalar Futami Okitama məbədinin (Futami Okitama Cinca (二見興玉神社)) ruhaniləri tərəfindən müqəddəsləşdirilib. Şinto dininə əsasən, İzanaqi və İzanami tanrılarının birliyinin rəmzi olan bu, qayalar, həmçinin, kişi və qadın evliliyini simvolizə edir. Təxmin etdiyiniz kimi böyük qaya kişiyə, kiçik qaya isə qadına və ya quşa (dimdiyinə görə) bənzədilir.

Qayaları görməyin ən gözəl vaxtı günəşin batdığı andır. Qayaların arasından Fuci dağını belə görmək mümkündür. Qayaları bir-birindən ayıran sular insana unudulmaz zövq bəxş edir.

Okitama məbədinin ruhaniləri Miketsu tanrısının şərəfinə məbədə yeməklər qoyur. Məbədin kənarında isə, müxtəlif fiqurlu qurbağa heykəlləri belə var. Şinto dinində bu, yer müqəddəs hesab edilir.

Şəkil: heleninjapan
Gülşən Cabbarlı © yapon.az 2015