Kennin-ci məbədi

Kennin-ci (建仁寺) məbədi Zen buddistlərinin qədim tarixə malik olan məbədidir. Bu məbəd Kioto şəhərinin Hiqaşiyama əyalətində yerləşir. Kioto şəhərində yerləşən ən əsas 5 Zen məbədindən biridir.

1202-ci ildə tikilən Zen Buddist məbədinin 800-cü illiyi münasibəti ilə tavanına iki əjdahanın müasir rəsm əsəri çəkilib. Bu tarix isə 2002-ci ilə təsadüf edir.

Möhtəşəm rəsm əsərinin yaradıcısı Koizumi Cunsakudur. Ən maraqlı məqam isə rəssamın əsərdə qədim Yaponiya incəsənətinin atributlarından istifadə etməsidir ki, bu da məbədin yaşından daha “qoca” olmasına gətirib çıxarıb.

Gülşən Cabbarlı © yapon.az 2015