Yapon dilində hörmət mənasında deyilən “お~” (o~) və “ご~” (qo~) sözönlərinin işlənməsi qaydası:

Yaponların həmsöhbətlə mədəni və nəzakətli davrandıqlarının daha bir sübutu “お-” (o~) sözönüdür. Yaponlar şəxs əvəzliklərinin istifadəsini azaltmağa meyilli olduqları üçün “あなたの~”nun (anatano~) yerinə “お-” (o-) sözönünü istifadə edirlər.

Əgər söz vaqo, yəni, Yaponiya mənşəlidirsə, “お-” (o-), əgər kanqo, yəni, Çin mənşəlidirsə, onda sözün əvvəlinə “ご-” (qo-) artırılır. Məsələn,

  • お手紙 (o-teqami) — sizin məktub
  • お気持ち (o-kimoti) — sizin kefiniz (halınız)
  • お話( o-hanaşi) — sizin söhbətiniz
  • お考え (o-kangae) — sizin fikriniz
  • ご意見 (go-iken) — sizin fikriniz
  • ご説明 (go-setsumei) — sizin izahınız
  • ご相談( go-so:dan) — sizin məsləhətiniz
  • ご心配 (go-şimpai) — sizin narahatlığınız

Bəzən də istisnalar olur və kanqo ilə “お-” (o-) prefiksi istifadə olunur. Bu hal daha çox məişətdə rast gəlinir, elmi terminlərə və mücərrəd anlayışlara aid deyil:

  • お電話 (o-denva) — telefon
  • お誕生日 (o-tanco:bi) — ad günü
  • お勉強 (o-benkyo:) —  məşğuliyyət
  • お砂糖 (o-sato:) —  şəkər
  • お医者さん (o-işa-san) —  həkim
  • お元気 (o-genki) — sağlamlıq
  • お天気 (o-tenki) — hava
  • お食事 (o-şokudzi) — yemək
  • お邪魔 (o-cama) — narahatlıq

Həmçinin, bu qaydanın əks istisnası var — vaqo ilə “ご-” (qo-) sözönünün istifadə olunması. Bu, yalnız bir sözə aiddir: “ごゆっくり” (qo-yukkuri) — “yavaşca”, “asta”.

“お-” (o-) və “ご-” (go-) sözönləri qayrayqo`larla (digər dillərdən gəlmiş sözlər) işlənmir. Aşağıdakılar istisnadır:

  • おビール (o-bi:ru) — pivə
  • おタバコ (o-tabako) — tütün, siqaret

Elə sözlər də varki “お-” (o-) sözönü hörmət mənasını daşımır. Onlar artıq öz mənasını itiriblər və onları söz ilə bir yerdə işlətmək adət kimi qalıb:

  • お酒 (o-sake) — sake
  • お金 (o-kane) — pul
  • おはし (o-haşi) — yemək çubuqları
  • お茶  (o-ç(y)a) — çay
  • お天気 (o-tenki) — hava
  • おこめ (o-kome) — düyü

Müasir dildə elə sözlər də var ki, “お-” (o-) və “ご-” (qo-) sözönləri sözlə ayrılmazdırlar:

  • おもちゃ (omoça) — oyuncaq
  • おかず (okadcu) — düyü üçün qab
  • ご飯 (qohan) — nahar

“お-” (o-) sözönü ilə işlənən digər sözlər:

  • お水 (о-mizu) — su
  • お仕事 (o-şiqoto) — iş
  • お家 (o-uçi) — ev
  • お部屋 (o-heya) — otaq
  • お父さん (o-to:san) — ata
  • お母さん (o-kaasan) — ana
  • お兄さん (o-niisan) — böyük qardaş
  • お姉さん (o-neesan) — böyük bacı
  • お祖父さん (o-ciisan) — baba
  • お祖母さんお婆さん (o-baa-san) — nənə
  • お好き (o-suki) — yaxşı
  • お早い (o-hayai) — öncəki, əvvəlki, erkən
  • お入り (o-hairi) — (zəhmət olmasa) gəlin, içəri keçin
  • お座り (o-suvari) — (zəhmət olmasa) oturun
İmran Zairov © yapon.az 2015