“Böyük altılıq”
(ing. “Big hero 6”, yap. ベイマックス) Uolt Disney Studiyası (Walt Disney Animation Studio) tərəfindən 3D formatında ekranlaşdırılan cizgi filmidir. Film “Marvel” komiks nəşriyyatının (2009-cu ildə şirkət (Walt Disney Company) tərəfindən yaradılıb) eyniadlı personajları əsasında çəkilən ilk cizgi filmidir. Lakin ilkin mənbəsindən xeyli fərqlənir. Filmin rejissoru Kris Villiams və Don Holdur.

Cizgi filmi “Walt Disney Pictures” tərəfindən ABŞ-da 7 noyabr 2014-cü ildə kinoteatrlarda ilk dəfə tamaşaçılara təqdim olunacaq. Oktyabrın 23-də isə Tokio Beynəlxaql Film Festivalında ilk premyerası keçiriləcək. Filmin Rusiyada premyerası 25 oktyabr 2014-cü ildə baş tutacaq.

Sujeti: 103 dəqiqılik cizgi filmində hadisələr San-Fransokio (Tokio və San-Fransisko adından) adlı utopik metropolisdə baş verir. Bura Amerika və Yaponiya mədəniyyətinin bir-birinə qaynayıb qarışdığı məkandır.

14 yaşlı “vunderkind” Hiro Hamada böyük qardaşı Tadaşinin ölümündən sonra qatili tapmaq məqsədilə ətrafına 6 böyük qəhrəman – “Böyük altılıq” komanda üzvlərini toplayır. Ən şən və yumuşaqürəkli robot olan Baymaksı isə, ələkeçməz döyüş maşınına çevirir.

  • Filmin janrı: macəra, ailəvi, komediya
  • Bəstəkarı: Henri Cakman
  • Filmin musiqiləri: Fall Out Boy (FOB) rok qrupu, ABŞ
  • Komiksin müəllifləri: Stiven T.Siqal və Dunkan Rulo
  • Ssenari müəllifi: Don Holl
  • IMDb: ID 2245084

Cizgi filmi əsasında Haruki Uenonun illüstrasiyalarına əsasən “Baymaks” (ベイマックス) adlı manqa 2014-cü ilin avqustun 20-də “Kodansha Magazine Special”da, proloq isə, 6 avqustda “Weekly Shōnen Magazine”də nəşr olunub.


Maraqlı faktlar:

  • Ola bilsin ki, Disney “Böyük altılıq” mini-serialından ilhamlanıb. Orada hadisələr Amerikada cərəyan edirdi və ilk dəfə Vasabi və Fred orada peyda olmuşdular. Elə bu San-Fransokionun yaranmasını izah edə bilər.
  • Fredin div paltarında qutular üzərində addımlayaraq özü haqqında film çəkməsi, onun komikslərdə divə çevrilmə və binaları əzə bilmə bacarığının olmasını göstərir.
  • Film haqqında ilk video çarxda “axtarışdadır” plakatında “Buz ürək” (“Frozen”) cizgi filminin qəhrəmanı Hans və Bolt ilə heyvanlar üçün sığınacağın sahibini (“Bolt”, 2008) görmək olar. Hans həm də filmdə heykəl kimi meydana çıxır.
  • Cizgi filmdəki panoramada “Ralf”dakı “Usta Feliks-kiçik” oyununun reklamı görünür.
  • Bu, Alan Tyudikin səsləndirdiyi sayca üçüncü Disney cizgi filmidir.
  • Marvel komikslərinin motivləri əsasında çəkilən ilk Disney filmi olsa da loqotipi göstərilmir.
  • Disneyin “Zootopiya” filmindən tülkü personajı burada telefon qabının üstündə fon şəkili kimi meydana çıxır.

Sevinc Nur © yapon.az 2015