Əksər insanların yapon dilini öyrənərkən və ya yapon dilini bilən dostlarını görərkən soruşduqları ilk suallardan biri – “Yapon dilində “səni sevirəm” necə demək olar?”dır. Sevgi özlüyündə çox gözəl kəlimə olduğundan hər kəs məhz dili öyrənməyə sevgi ilə başlamaq istəyir. Ən azından həmin dildə olan sevgi sözünü bilmək belə kifayət edir. Bəs, yapon dilində sevgini necə etiraf etmək olar?

 1. Suki desu = 好きです

Mənası “xoşlamaq”, “istəmək” olsa da, daha çox “sevmək” kimi istifadə edilir. Sözün əvvəlinə “dai~” əlavə etdikdə tərcüməsi “həqiqətən xoşum gəlir” olur.

大好きです {daisukidesu}

2. Kimi va ai şiteru = 君は愛してる.

“Səni sevirəm” deməkdir. Bu ifadədə dostluq sevgisindən söhbət gedə bilməz. Əks cinsin nümayəndələrinin bir-birinə hisslərini ifadə etmək üçün işlətdiyi sözdür.

3. Taisetu = 大切

“Vacib və ya önəmli olmaq” deməkdir. Münasibətə daha hazır olmayan insanların dəyərli olan insanlara tez-tez işlətdiyi sözdür.

4. Suki nan da = 好きなんだ.

Azərbaycan dilinə “sevirəm də”, “xoşum gəlir də” kimi məcazi tərcümə olunsa da, “nə qədər sevdiyimi bilmirsən?!” kimi məna bildirərək qarşıdakı insanın şübhələrini məhv edir.

5. Koi no yokan = 恋の予感.

İlk görüşdə sevgiyə inanlar üçün gərəkləri olacaq ifadədir. “İlk görüşdə sevgi” deməkdir.

Gülşən Cabbarlı © yapon.az 2015