Qoryōkaku (五 稜 郭) Yaponiyanın Hakodate şəhərində (Hokkaido adasında) ulduz formasında bir qaladır. Qısamüddətli Ezo Respublikasının əsas mühafizə qalası olmuşdur.

Qoryokaku yüksəklikdən baxanda
Qoryokaku yüksəklikdən baxanda

Qoryōkaku Takeda Ayasaburō tərəfindən 1855-ci ildə inşaa edilmişdir. Onun planı fransız memarı Vaubanın işinə əsaslanırdı. Qala beşbucaqlı ulduz formasında idi. Bu, ənənəvi yapon üslubundakı qalalardan fərqli olaraq, divarlarında daha çox sayda atəş nöqtələri yerləşdirməyə imkan yaradır və topun atəş edə bilmədiyi kor nöqtələrin sayını azaldırdı.

Qala Tsuqaru boğazını Rusiya donanması tərəfindən mümkün ola biləcək hücuma qarşı qorumaq üçün şyoqun Tokuqava tərəfindən tikdirilmişdir.

Tarixdə Qoryōkaku həm də Boşin müharibəsinin son döyüşünün olduğu yer kimi məşhurdur. Döyüş bir həftə davam etmişdi (20-27 iyun, 1869-cu il). Bu döyüşdə isə 34 yaşında “Hakuouki: Şinsenqumi Kitan, Hakuouki: Reimei-roku” (2010-2012) animesinin qəhrəmanı Hicikata (ing. Hijikata) Toşizo vəfat etmişdir.

Bu gün Qoryōkaku bir parkdır. “Xüsusi tarixi yer” elan edilmişdir və Hakodate şəhər muzeyinə ev sahibliyi edir. Baharda albalı çiçəyinin açdığı dövrdə seyrə çıxanların ən sevimli yerlərindən biridir.

DSC_5032
Qoryokaku. Şəkil: S.N.
Sevinc Nur © yapon.az 2018