İssei Saqava

Yaponların özündən soruşsanız, “yox, əstəğfirullah! Bizdə kannibalizm (fransıca cannibale) yoxdur” – deyərlər və ya onu tanımazlar. Bəli, əlbəttə, çünki Yaponiyanın məşhur kannibalını “Paris kannibalı” olaraq tanıyırlar. Məsələ burasındadır ki, hadisə 1981-ci ildə Parisdə baş verib. Sol tərəfdəki şəkildə tərəfdə gördüyünüz yaponiyalı “yaraşıqlı” Kobe əsilli İssei Saqava sağ tərəfdəki şəkildəki almaniyalı xanım Rene Hartevelti`ni odlu silahla öldürmək və cəsədlə cinsi əlaqədə olmaqla yanaşı, onu doğrayaq çiy və bişmiş şəkildə yemişdir.

sagawa
İssei Saqava

İssei Saqava çox mədəni və varlı ailədə doğulub, olduqca savadlı olub və Parisdə təhsil alıb. Lakin onda yamyamlığa meyl hələ uşaqlıqdan yaranıb. Parisə getməmişdən öncə Yaponiyada bir ağdərili qadının mənzilinə daxil olsa da, məqsədinə çata bilməyib. Parisdə təhsil aldığı müddətdə universitet yoldaşı Reneni bir dəfə öz mənzilinə dəvət edib, onun üçün yemək hazırlayıb. İkinci dəfə qızı dəvət edərək onun alman dilində şeir oxuyub, səsini lentə yazmasını xahiş etmiş, şeir səsləndirən Reneni qəfildən arxadan atəş açmaqla qətlə yetirmişdir. Sözlərinə görə, o Reneni öldürmək istəmirdi, o, sadəcə onu yemək istəyirdi. Axı Saqava 32 yaşında, 1.52 m boyunda balaca eybəcər idi, Rene isə 25 yaşında 1.78 boyunda, ağdərili gözəl qız. O qıza aşiq olmuşdu, həm də ona paxıllıq edirdi.

renee
Rene Hartevelti

Saqava ömründə yalnız bir dəfə cinayət törədib və cinayətdən sonra dərhal tutulub. Lakin törətdiyi cinayəti elə məharətlə təsvir edib ki, ölkəsinə qayıdandan sonra o, restoran yeməklərini təsvir etməklə məşğul olub. Bəli, bəli, yeməkləri!

Saqava 1986-ci ildə müalicə aldığı xəstəxanadan azad buraxılır və Yaponiyada məşhurluq qazanır. O sonralar aktyor kimi pornoqrafik filmdə çəkilir, bədii kitablar yazır, televiziya verilişlərində qonaq kimi çıxış edir, film, kitab və restoranlar üçün şərhçi kimi çalışır və hətta ağır qətllər üzrə polisə məsləhətçilik edir. Hazırda həkimlər diabet xəstəliyinə görə Saqavaya ət yeməyi qadağan ediblər.

Detallı bilmək istəyən və əsəbləri zəif olmayanlar bu keçiddən oxuya bilərlər.

Sacchan © yapon.az 2018